İkardi dəli olacaq Qalatasaray dan Vandaya gözlənilməz sürpriz FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Vanda Naraya "Analar Günü" münasibətilə sürpriz jest edib.
Milli.Az xəbər verir ki, sarı-qırmızı klub, Naraya göndərdiyi gül dəstəsinə "Qapımız həmişə açıqdır" mesajını əlavə edib.
"Galatasaray" Argentinalı futbolçu Mauro İcardinin boşandığı və beş övladının anası olan Vanda Naraya göndərdiyi çiçəkdə onun klub üçün göstərdiyi əhəmiyyətli töhfələri vurğulayıb.
Mesajda, "Sizinlə hər zaman fəxr edirik. Çətin zamanlarda belə, sizin varlığınızı hiss etdik və etməyə davam edirik. Həmişə yanımızda olduğunuz üçün təşəkkür edirik" ifadələri yer alıb.
Bu sürpriz, "Galatasaray"ın klub mədəniyyətinin və ailəvi bağlılığının bir göstəricisi olaraq diqqət çəkib. Nara bu jestə sosial media hesabında təşəkkür edərək, "Həmişə yanımda olan "Galatasaray" ailəsinə minnətdaram" yazıb.
Qeyd edək ki, Vanda Nara 21 martda Milanda keçirilən məhkəmə iclası ilə Mauro İcardi ilə rəsmi olaraq boşanmışdı. Lakin, bu sürpriz jest, hər iki tərəfin şəxsi münasibətlərinin hüdudlarını aşaraq, peşəkar bir əlaqənin davam etdiyini göstərir.
Kənan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















