Icma.az
close
up
RU
İkardidən ayrılıq siqnalı: Qalatasaray dan gedir?

İkardidən ayrılıq siqnalı: Qalatasaray dan gedir?

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qalatasaray”ın hücumçusu Mauro İkardi sosial media hesabında paylaşım edərək kluba və azarkeşlərə təşəkkür edib.

Apasport.az xəbər verir ki, argentinalı hücumçu İstanbulda keçirdiyi illəri həyatının ən gözəl dövrlərindən biri adlandırıb.

Təcrübəli forvard paylaşımında bunları qeyd edib:

“Dörd il əvvəl buraya gələndə həyatın məni ömrüm boyu yaşayacağım ən gözəl hekayələrdən birinə aparacağını bilmirdim.

Bu gün anlayıram ki, bu, sadəcə futbol deyildi. Heç vaxt yalnız futbol olmadı. Stadionun gurultusu, İstanbulun işıqları, tribunlardan yüksələn nəğmələr və milyonlarla insanın sevgisi arasında, öz evimdən çox uzaqda özümə yeni bir yuva tapmışdım.

Dörd il keçdi. Dörd çempionluq, minlərlə qucaqlaşma, milyonlarla xatirə…

Amma ən dəyərlisi kuboklar deyildi. Ən önəmlisi bütöv bir ölkənin mənə qəlbini açdığını hiss etmək idi. Çünki bəzi yerlər var ki, insanın daxilində sonsuza qədər yaşayır.

Türkiyə mənim üçün məhz belə olacaq — silinməsi mümkün olmayan bir xatirə, zamanın toxuna bilməyəcəyi bir sevgi.

Elə gecələr oldu ki, sanki dünya 90 dəqiqəlik dayanırdı. Bütün stadion bir ağızdan mahnı oxuyarkən bunun futboldan daha böyük bir şey olduğunu anlayırdım. Uşaqların gözlərindəki xoşbəxtliyi, məni illərdir tanıyırmış kimi qucaqlayan insanların göz yaşlarını gördüm. Elə böyük sevgi hiss etdim ki, bunu sözlərlə ifadə etmək mümkün deyil.

Təşəkkürlər, “Qalatasaray”. Məni bu hekayənin bir parçasına çevirdiyin üçün təşəkkür edirəm. Mənə sevildiyimi, hörmət gördüyümü və özümü ölümsüz hiss etdirdiyin üçün minnətdaram.

Bəlkə bir gün işıqlar sönəcək, oyunlar bitəcək və zaman keçəcək. Amma bəzi sevgilər vidanı tanımaz. İllər sonra geriyə baxanda, bu möhtəşəm torpaqlarda həqiqətən çox xoşbəxt olduğumu bilib, dolu bir qəlblə gülümsəyəcəyəm”.

Qeyd edək ki, bəzi azarkeşlər və futbol ictimaiyyəti İkardinin bu paylaşımını onun “Qalatasaray”la vida mesajı kimi qiymətləndirir.

DÇ-2026: Tunis millisinin heyəti BƏLLİ OLDU “Bavariya” qapıçısı ilə yeni müqavilə İMZALADI DÇ-2026: Sinqo və Aqbadu HEYƏTDƏ DÇ-2026: Belçika millisinin HEYƏTİ AÇIQLANDI "Fənər"dən Jesuşa sərvət: İllik 15 milyon avro
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://apasport.az
archiveBu xəbər 16 May 2026 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri