Icma.az
close
up
RU
İki ay əvvəl ilk avtomobilini alıbmış... Balakəndəki qəzanın təfərrüatı

İki ay əvvəl ilk avtomobilini alıbmış... Balakəndəki qəzanın təfərrüatı

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balakəndə dörd nəfərin ölümü ilə nəticələnən zəncirvari qəzanın təfərrüatı məlum olub.

Hurriyyet.Media  Oxu.az-a istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü 1997-ci il təvəllüdlü Məryəm Hoorsova banklardan birinin Balakən rayon şöbəsinin məsul əməkdaşı olub. O, Katex kəndindən rayon mərkəzinə iş yerinə gedirmiş.

M.Hoorsova cəmi iki ay əvvəl avtomobil alıbmış və bu onun ilk maşını olub. O, yolda hərəkətdə olarkən yolun kənarında marşrut avtobusu gözləyən həmkəndlisi 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanovu görüb. Avtomobili saxlayan Məryəm fiziki qüsurlu Şərif Soltanovu da özü ilə götürərək rayon istiqamətində hərəkətinə davam edib.

O, yolda TIR yük avtomobilini ötmək istəyərkən qarşı hərəkət zolağına çıxıb və bu vaxt öz yolu ilə gələn “Toyota” markalı avtomobillə toqquşub. Daha sonra “KİA”  markalı avtomobil də qarşı-qarşıya toqquşan maşınlara çırpılıb.

Hadisə nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü Məryəm Kamil qızı Hoorsova, “Toyota” markalı avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüblər, “Toyota”nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarət alıblar. Y.Mütəllibov bu gün xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, “Toyota” markalı avtomobildə olan Y.Mütəllibov və P.Məmmədova ər-arvad olublar. Rəşad Mütəllibov isə onların övladıdır. Ailə Balakən rayonundan Goranboy rayonuna, qohumlarına dəvətnamə aparırmış. Qəzada həlak olan Rəşad Mütəllibovun avqustun 28-də toyu olacaqmış.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri