Icma.az
close
up
RU
İki cəbhədə vuruşmuş babalar: bizim üçün hansı daha çox qəhrəmandır?

İki cəbhədə vuruşmuş babalar: bizim üçün hansı daha çox qəhrəmandır?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

80 il əvvəl qazanılan böyük qələbəni hər il qeyd edirik. Bu, təkcə bir imperiyanın ideologiyasının digərinə qalib gəlməsi deyildi. Bu, vətənini sevən, onun uğrunda canını fəda etməyə hazır olan igidlərin, kişilərin, qadınların, uşaqların və qocaların qazandığı bir qələbə idi. Elə ona görə də bu gün biz yalnız kommunist rejiminin rəmzi olan Sovet Ordusu əsgərlərini deyil, hər bir Azərbaycanlının – kimliyindən, döyüşdüyü cəbhədən asılı olmayaraq – vətən uğrunda göstərdiyi fədakarlığı yad etməliyik.

Mən heç vaxt 1941–45 müharibəsini kommunizmlə faşizmin mübarizəsi kimi qəbul etməmişəm. Mənim üçün bu, başda Azərbaycan xalqı olmaqla, işğal altında olan xalqların həyatda qalmaq və öz gələcəyini qorumaq üçün apardığı ümumi bir mübarizə idi. Bu müharibədə mənim babalarım, atamın babası Qasım baba, anamın babası Bayram baba da döyüşüblər. Onlarla fəxr edirəm.

Bu yazım yalnız 1941–1945 qəhrəmanları ilə bağlı deyil. Bu yazı illərdir tarixin kölgəsində qalan, haqqında danışmaqdan çəkinilən, yanlış təqdim edilən “digər babalarımız” haqqındadır.

İkinci Dünya Müharibəsində azərbaycanlıların iştirakı danılmazdır. Təxminən 600 min azərbaycanlı Sovet Ordusunun tərkibində döyüşüb, onlardan 123 mini həlak olub. Azərbaycanlılar arasında Qızıl Ulduz və digər yüksək orden-medallar alan qəhrəmanlar az deyil. Amma bəzən unuduruq ki, bu müharibədə yalnız Sovet tərəfində döyüşənlər yox, digər tərəfdə – almanlar tərəfində döyüşən azərbaycanlılar da olub.

Bəli, bəziləri bunu eşitmək istəmir. Amma bu da bizim tariximizdir!

Almanlar tərəfində döyüşən azərbaycanlılar da vardı və bu insanların hamısını bir qələmlə “faşist” adlandırmaq nə tarixə, nə də insafa sığar. Onlar arasında keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) üzvləri, sürgünə göndərilmiş ziyalılar, Stalin repressiyasından qurtulmağa çalışanlar da olub. Bəziləri üçün bu, sağ qalmaq üçün bir məcburiyyət idi, bəziləri üçün isə vətənin müstəqilliyi uğrunda bir ümid.

Təsəvvür edin: Sovet Ordusunda döyüşürsən, almanlara əsir düşürsən. Ya düşərgədə əzab çəkib öləcəksən, ya da sənə təklif edilən fürsətlə “Azərbaycan legionu”na qoşulub, vətənin müstəqilliyi uğrunda sovetlərə qarşı döyüşəcəksən. Bu qərar, bəli, bəzən ümid idi, bəzən də yeganə çıxış yolu.

Faşist Almaniyası bu xalqlara müstəqillik vəd edirdi. Lakin bu vədlərin çoxu saxta idi. Amma onu o illərin informasiya blokadasında olan insanlar bilmirdilər. Buna görə də rahatlıqla aldanır, alətə çevrildiklərini çox gec anlayırdılar.

Bu insanları anlamaq üçün onları döyüşə sövq edən amala baxmaq lazımdır. Onlar vətənlərinin müstəqilliyini istəyirdilər. SSRİ-nin illərlə apardığı repressiyalar, sürgünlər, aclıqlar, dinə və milli kimliyə qarşı təzyiqlər bu insanları başqa yol axtarmağa vadar etmişdi. Onlar da digər babalarımız kimi vətən uğrunda döyüşürdülər. Onlar qalib olmadılar, amma şərəflə döyüşdülər.

Bu gün bu həqiqətləri danışmaq üçün artıq kifayət qədər zaman keçib. 21-ci əsrdə yaşayırıq. Əlimizdə arxivlər, sənədlər, filmlər var. Həqiqəti, nəhayət, qəbul etməliyik. “Kırımlı” filmi bu baxımdan yaxşı bir nümunədir. Orada Krım tatarlarının timsalında SSRİ rejiminin türklərə qarşı apardığı siyasət, repressiyalar və sürgünlər əks olunub. Film eyni zamanda bizim də tariximizə işıq salır. Azərbaycanlıların da yaşadığı acı talelərə ayna tutur.

Sonda isə onu deyim ki, heç kim faşizmi müdafiə etmir. Çünki faşizmin müdafiə ediləcək bir tərəfi yoxdur. Bu, bəşəriyyət üçün böyük bəla, inşalığa qarşı dəhşətli cinayət idi. Amma Almaniya tərəfində döyüşən, ya da döyüşməyə məcbur olan hər kəsi faşist adladırmaq da yanlış yanaşmadır. Onların bəziləri əsirlikdən qurtulmaq üçün, bəziləri isə doğrudan da bir gün Azərbaycanı müstəqil bir dövlət kimi görmək ümidi ilə döyüşürdü.

Müstəqillik üçün döyüşmək günahdırsa, bu, şərəfli bir günahdır. Biz, yalnız qaliblərlə deyil, hətta uduzan, lakin inamla, şərəflə vuruşan babalarımızla da fəxr etməliyik.

Tarixi yalnız qaliblər yazmamalıdır!

Tarix həm də unudulanların, susdurulan insanların haqqıdır!

Qoy 9 May – təkcə Qələbə Günü deyil, həm də Qürur Günü olsun.

Bütün babalarımız üçün.


Turan Rzayev
Globalinfo.az–ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri