Icma.az
close
up
RU
AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

AYNA DAN UNİKAL YENİLİK: AVTOBUSLARDA SƏRNİŞİNLƏRƏ ÇAY, KOFE VƏ QURU YEMƏKLƏR TƏKLİF EDİLƏCƏK!

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tezliklə Bakıda dünyada anoloqu olmayan bir layihənin icrasına başlayacaq. Bu barədə “Təzadlar”a açıqlamasında AYNA- nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib. Sitat: “Bakıda tıxacların qarşısının alınması istiqamətində kompleks tədbirlərimiz davam edir, lakin təəssüflər olsun, hələki sərnişindaşımanın səmərəliliyinə mane olan bu məsələdə irəliləyiş yoxdur. Hamı bilir ki, Bakıda tıxaclara bir neçə vacib amilin təsiri var, onların isə həlli üzərində iş gedir. Bununla belə, hesablamalarımıza görə, Bakıda avtobusların xüsusi zolağının olmasına baxmayaraq, orta tıxacda qalma müddəti normadan 8-10 dəfə çoxdur. Sərnişinlərdən çoxsaylı şikayətlər alırıq, həmçinin təkliflər. Qərara gəlmişik ki, tıxacda qalmanın bəzən 1 saat, saatyarım, 2 saat olmasını nəzərə alaraq avtobuslarda sərnişinlərə sərinləşdirici içkilər, çay və kofe, quru yeməklər təklif edilsin. Çünki işdən çıxıb evinə 1-2 saata gedən sərnişinlər arasında xəstələr də var, onların qidalanması çox vacibdir. Məktəbli uşaqların da buna böyük ehtiyacı var…”, – deyə bildirən cənab Anar Rzayev daha bir vacib məsələni də qeyd edib: “Biz həm də tıxacda əziyyət çəkən sərnişinlərin sağlamlığını da diqqətdə saxlayırıq. Qaynar xəttimizə edilən müraciət və şikayətlərədən bəlli olur ki, avtobusların saatlarla tıxacda qalması səbəbindən ürəyi gedənlər, halı pisləşənlər çoxdur. Bunu nəzərə alaraq dünyada ilk dəfə bizdə avtobuslarda həkim məntəqəsi də təşkil etməyə qərar vermişik.

Məsələn, dünən sentyabrın 23- də, səhər saat 08:50 radələrində paytaxtın Babək prospektində tıxacda qalmış 46 saylı marşrut avtobusunda bir xanım sərnişinin ürəyi getmişdir, dərhal digər sərnişinlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir, avtobus sürücüsü peşəkarlıq göstərərək təcili yardım çağırmaq qərarına gəlmişdir… Avtobusların uzun müddətə tıxacda qalması isə əksər hallarda sərnişinlər arasında basabas yaradır, sərnişin sıxlığı belə təəssüfləndirici hala gətirib çıxarır. Odur ki, hazırda salonunda həkim məntəqəsi, çay, kofe, yemək budkası olan ixtisaslaşmış avtobusların sifarişini Çin dövlətinə göndərmişik. Hətta onu da sərnişinlərimiz üçün nəzərə almışıq ki, ola bilsin avtobuslar ikimərtəbəli olsun və tıxacda 1-2 saat qalan sərnişinlərimiz avtobusların ikinci yarusunda istirahət etsinlər. Məsələn, Bakıdan Yevlaxa 2 saata gedən avtobuslar Kürdəmirdə sərnişinlərin istirahəti üçün dayanırsa, niyə Bakıda da tıxacda 2 saat qalan sərnişinlər avtobuslarımızda istirahət etməsinlər?”.

Xatırladaq ki, bu layihə dünyada ilk dəfədir AYNA tərəfindən tətbiq ediləcək və qurumun müəlliflik hüququ artıq Avropa Birliyi tərəfindən də tanınıb.

"Təzadlar”

P.S.Lakin təəssüflər olsun, əməkdaşımız bir suala cavab ala bilməyib: məlimdur ki, azyaşlı uşaqlar, eləcə də şəkər və böyrək xəstələri tez- tez yüngül ayaq yoluna meyillidir. Bəs görəsən tıxacda qalan avtobuslarda sərnişinlərə xidmət edəcək sanitar qovşaq da olacaqmı?

P.S.S.Dünən 10 saylı avtobusun xidmətindən istifadə edən əməkdaşımız Texniki Universitetin qarşısından(Cavid prospekti) metronun Xətai stansiyasınadək olan 9 km- lik məsafəni 1 saat 45 dəqiqəyə qət etmişdir! Hansı ki, həmin vaxt ərzində Bakıdan Ağdaşa çatmaq olardı, yaxud İsmayıllıya…

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Sentyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri