Icma.az
close
up
RU
İki dəfə deportasiyaya məruz qalan nəslin nümayəndəsi: Hüquqlarımızın bərpa ediləcəyinə inanırıq AZƏRTAC

İki dəfə deportasiyaya məruz qalan nəslin nümayəndəsi: Hüquqlarımızın bərpa ediləcəyinə inanırıq AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 27 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən əsrin 1948-1953-cü illərində ermənilər tərəfindən dədə-baba torpaqlarından zorla çıxarılan, sonradan yurd həsrətinə dözməyərək geri qayıdan azərbaycanlıların övladları, nəvə və nəticələri də 1987–1991-ci illərdə eyni taleyi yaşamalı oldular. İndi Qərbi azərbaycanlılar illərdir ki, doğulub, boya-başa çatdıqları elin nisgilini çəkirlər. Doğma yurdunun xəyalı ilə yaşayan minlərlə insandan biri də 1962-ci ildə Zəngibasar mahalında dünyaya göz açan Raidə İsmayılovadır. AZƏRTAC-ın bölgə müxbiri hazırda Gəncə şəhərində yaşayan Raidə İsmayılova ilə görüşüb, onun xatirələrini dinləyib.

Keçmiş günlər Raidə xanımın yaddaşında bugünkü kimi qalıb. “Uluxanlı qəsəbəsində anadan olmuşam, ailədə 6 uşaq idik. Babam hesabdar olub, 1948-ci ildə deportasiyaya məruz qalıb Sabirabad rayonuna gəlsə də, sonradan yurd həsrəti onu geri dönməyə vadar edib. Babam ermənilərin azərbaycanlılara divan tutmaları, onların malını-mülkünü necə taladıqları barədə tez-tez danışardı. Onda nə biləydik ki, gün gələcək biz də eyni müqəddəratı yaşayacağıq”, - deyən müsahibim bildirir ki, 9 böyük küçədən ibarət qəsəbədə böyük əksəriyyət azərbaycanlı ailələr olub, ermənilərin sayı isə azlıq təşkil edib. Sonradan yaşayış məntəqəsinin kənarındakı boş ərazidə binalar tikib, xaricdən gələn erməniləri oraya köçürüblər.

Raidə İsmayılova bir zamanlar görkəmli maarifçi Cəlil Məmmədquluzadənin də pedaqoq kimi fəaliyyət göstərdiyi məktəbdə təhsil alıb. Atası həmin təhsil müəssisəsində kimya fənnini tədris edib: “Atamın şagirdlərinin əksəriyyəti ali təhsilli, ziyalı olaraq yetişib. O, işinə çox məsuliyyətlə yanaşırdı. Ümumiyyətlə, azərbaycanlı müəllimlər yaxşı oxumağımız üçün əllərindən gələni əsirgəmirdilər, ermənilər isə işlərinə məsuliyyətsiz yanaşır, bizə soyuq davranırdılar. Bunun səbəbini illər sonra anladıq...”.

O, Uluxanlıda azərbaycanlıların əkinçiliklə, üzümçülüklə məşğul olduqlarını, meyvə-tərəvəz yetişdirərək, onu satıb dolandıqlarını bildirir. Qəsəbə sakinləri adət-ənənələrə önəm verib, bayramları təmtəraqla qeyd ediblər. Bir-birinə bağlı olan azərbaycanlılar sevinclərini, dərdlərini bölüşüblər. “Ermənilər üzümüzə gülürdülər, amma daxillərində bizə nifrət bəsləyirdilər. İstədiklərinə nail olmaq üçün həmişə ən yaramaz üsullara əl atırdılar. Qonşuluğumuzdakı erməni ailəsi ilə həyətimizi bir çəpər ayırırdı. Atam tez-tez çəpərimizin bizə tərəf çəkildiyini görürdü. Anlayırdı ki, qonşu olan erməni yenə bir neçə qarış yeri qamarlamağı özünə qənimət bilib. Atam isə abrına qısılıb səs etmirdi”, - deyən Raidə İsmayılovanın sözlərinə görə, deportasiyadan sonra öyrəniblər ki, evlərində elə həmin qonşu erməni ailəsi yaşayır.

Uluxanlılar erməni həyasızlığını, məkrini sonralar da dəfələrlə görüblər. 1983-cü il aprelin 24-də ermənilər Uluxanlıya basqın etməkdən belə çəkinməyiblər: “Bizim eldə toylar 3 gün davam edirdi, bol nemətli süfrələr açardıq, yallı gedib, şadlanardıq. Bir gün kişilər, ertəsi gün qadınlar yığılardı, üçüncü gün isə “Bəy tərifi” mərasimi olardı. Azğın ermənilər basqın zamanı qonşuluğumuzdakı toy mərasimini dağıtmışdılar, azərbaycanlıların evlərinə zərər vurmuşdular, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını sındırmışdılar”.

Sonradan ermənilər özlərinin deportasiyaya hazırlıq planlarını yarı gizli, yarı açıq formada həyata keçirməyə başlayıblar. 1987-ci ilin noyabrında Qafandan Qərbi azərbaycanlıların çıxarılması ilə ermənilərin azərbaycanlılara qarşı təzyiqi daha da artıb. 1988-ci ilin sonlarında vəziyyət lap dözülməz hal alıb. “Ermənilər mağazaları işləməyə qoymurdular, azərbaycanlılar çörək və digər lazımi malları ala bilmirdilər. Əkib, yetişdirdikləri məhsulları satıb, pul qazanmalarına imkan verilmirdi. Saqqallı ermənilər qəsəbəyə maşınlarla daş daşıyıb, evləri daşlayaraq, qapı, pəncərələri sındırırdılar, əhalinin pulunu, qızıl-zinət əşyalarını qarət edirdilər. Bəzi tikililəri yandırmışdılar”, - deyən Qərbi azərbaycanlının sözlərinə görə, azərbaycanlılar bütün bu vəhşiliklərə dözsələr də, sonda ev-eşiyi, malı-mülkü orada qoyaraq Uluxanlını tərk etməyə məcbur olublar. “Heç kəs öz yurdundan çıxmaq istəmirdi. Anamın mürəbbə ləyəni belə ocaqda qalmışdı. Babamın qəbrini qoyub gələn atam bu dərdə dözə bilmədi. Onu çox ovutmağa çalışsaq da, buna nail ola bilmirdik. Bir müddət sonra yurd xiffəti ilə dünyasını dəyişdi”, - deyən Raidə İsmayılova qəhərlənir...

Həmsöhbətim haqqın, ədalətin bərpa ediləcəyinə əmin olduğunu da deyir. O, Azərbaycana böyük Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində hüquqlarının bərpa ediləcəyinə, Qərbi azərbaycanlıların öz yurdlarına layəqətli qayıdışının reallaşacağına bütün qəlbi ilə inandığını bildirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri