İki dövlət xidməti birgə əməliyyat keçirdi FOTO
Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Metbuat.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində birgə əməliyyat-axtarış tədbirləri keçirib.
Nəticədə Azərbaycanın İranla sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Dövlət Sərhəd Xidməti əməliyyat keçirdi: 5 nəfər tutuldu FOTO
06 Mart 2025 13:16
Penitensiar xidmətlə DİN birgə əməliyyat keçirdi FOTO
06 Noyabr 2024 19:24
Balakəndə polis əməliyyat keçirdi FOTO
03 Fevral 2025 10:01
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi FOTO
22 Fevral 2025 10:11
Ukrayna Təhlükəsizlik Xidməti əməliyyat keçirdi, məmurlar saxlanıldı
07 Yanvar 2025 20:58

