İki gün güclü külək əsəcək Xəbərdarlıq edildi
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Hidrometeorologiya Xidməti iyunun 12-13-də Bakı və Abşeron yarımadasında, 12-16-da isə bir sıra bölgələrdə müşahidə olunacaq küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib.
Milli.Az xəbər verir ki, proqnoza əsasən, Bakı və Abşeron yarımadası ilə yanaşı, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan Muxtar Respublikası, Daşkəsən, Goranboy, Naftalan və Şəmkir rayonlarında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Məlumata görə, küləyin sürəti sarı xəbərdarlıq meyarlarına uyğun olaraq saniyədə 13,9-20,7 metr təşkil edəcək.
Baxış sayı:131
Bu xəbər 11 İyun 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















