Icma.az
close
up
RU
İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəylinin doğum günü - sentyabrın 18-i Azərbaycanda Milli Musiqi Günüdür. Üzeyir Hacıbəylinin adı L. və M.Rostropoviçlərin ev-muzeyi üçün xüsusilə doğmadır. Məhz onun dəvəti ilə 1925-ci ildə istedadlı musiqiçi Leopold Rostropoviç ailəsi ilə birlikdə Bakıya köçüb. Azərbaycan Dövlət Konservatoriyasında violonçel sinfində dərs deməyə başlayan Leopold Rostropoviç Üzeyir Hacıbəyli ilə dostluq və yaradıcılıq əlaqələri qurub, onun təklifi ilə konservatoriyanın nəzdində ilk simli kvartetlərdən birini yaradıb.

Ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, Üzeyir Hacıbəyli ilə Leopold Rostropoviç arasındakı dostluq və yaradıcılıq əlaqələrini əks etdirən məktublar, fotoşəkillər və müxtəlif sənədlər muzeyin qiymətli materialları sırasındadır.

Üzeyir Hacıbəyli irsi Mstislav Rostropoviç üçün də xüsusi əhəmiyyət daşıyıb. Maestro bəstəkarın “Koroğlu” operasının uvertürasına iki dəfə müraciət edib: 2004-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının açılışı münasibətilə və 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi çərçivəsində keçirilən “Üzeyir günü”ndə Bakıda bu əsərə dirijorluq edib.

Bu zəngin musiqi irsini yaşatmaq ənənəsinə sadiq qalaraq, L. və M.Rostropoviçlərin ev-muzeyində Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş “İki irs, bir səda: Rostropoviçlər ocağında Musiqi Günü” adlı tədbir keçirilib.

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Arşın mal alan” əsərlərindən parçalar, həmçinin “Sevgili canan”, “Sənsiz”, “Cəngi” və digər sevilən əsərlər səsləndirilib. Tədbirin maraqlı məqamlarından biri Üzeyir Hacıbəylinin çıxış etdiyi videolentinin təqdimatı olub. Tədbirin sonunda muzey rəhbərliyi tərəfindən ifalarına görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinə təşəkkürnamələr təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Sentyabr 2026 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri