Icma.az
close
up
RU
İki nəfər işçisi olan şirkətlə 2,6 milyonluq müqavilə...

İki nəfər işçisi olan şirkətlə 2,6 milyonluq müqavilə...

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi "Saffira Plus" MMC ilə yaşıllıqların salınması işləri ilə bağlı müqavilə bağlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, yaşıllıqların salınması üçün ehtimal olunan qiymət 295 min manat olsa da, tərəflər 263 min 966 manata razılaşıblar.

Yaşıllıqların salınması işlərinə müxtəlif sayda sərv, zeytun, suriya qərənfili və yulğun kimi bitkilərin əkilməsi aid edilib.İşlər yanvarın 6-dan martın 27-nə qədər aparılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin “Saffira Plus” MMC ilə bağladığı tender müqavilələri müzakirəyə səbəb olmuşdu. Belə ki, idarə 2023-cü ildən bu tərəfə “Saffira Plus” MMC ilə 8 satınalma müqaviləsi bağlayıb. Bunların ikisi 2023-cü ildə, altısı sə 2024-cü ildə imzalanıb. Yəni Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi son 2 ildə yaşqılaşdırma işlərini ancaq “Saffira Plus” MMC -yə etibar edib. Müqavilələrin hər birinin dəyəri isə 300 min manata qədər təşkil edib.

Məsələn, “Yaşıllıqların salınması işləri”nin satın alınması üzrə “Saffira Plus” MMC ilə 13.12.2024-cü il tarixində 290.870 manat məbləğində, 18.11.2024-cü il tarixində 292.994 manat məbləğində, 21.10.2024-cü il tarixində 289.690 manat məbləğində, 22.08.2024-cü il tarixində 294.292 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.Digər müqavilələr isə aşağıdakı kimi olub:

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 293.230 manat məbləğində satınalma müqaviləsi - 13.08.2024-cü il.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 283.672 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 09.10.2023-cü il, bitmə tarixi 28.02.2024-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 18.07.2024-cü ildə açıqlanıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Başlanma tarixi 13.06.2023-cü il, bitmə tarixi 31.08.2023-cü ilə müəyyən edilmiş tenderin nəticəsi 14.12.2023-cü ildə açıqlanıb.

Yaşıllıqların salınması işlərinin satın alınması üzrə “Saffira Plus” MMC ilə 292.050 manat məbləğində satınalma müqaviləsi 14.12.2023-cü ildə bağlanılıb.

Diqqəti çəkən daha bir məqam, bu şirkətin doğurdan da tender şərtlərinə uyğun gəlib-gəlməməsidir. Dövlət Vergi Xidmətinin açıqlamasına əsasən, “Saffia Plus” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 6701559471) 26.01.2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Dövlət reyestrində cəmiyyətin təsisçisi və rəhbəri Cəbrayıl rayonu, Minbaşılı kəndində qeydiyyatda olan Zeynalova Nurlana Şahin qızı qeyd olunub. Dövlət reyestrində “Saffira Plus” MMC-nin hüquqi ünvanı Saatlı rayonu, Əlisoltanlı kəndi qeyd olunub. “Saffira Plus” MMC-nin 11.10.2024-cü il tarixə aktiv əmək müqavilələri üzrə işçilərinin sayı 2 nəfər təşkil edir.

“Saffira Plus” MMC Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” üzrə kiçik sahibkar kateqorayası üzrə fəaliyyət göstərsə də bu tələbə cavab vermir. Çünki həmin bölgüdə kiçik sahibkarlara işçilərinin orta siyahı sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr aid edilirlər.

Başqa tərəfdən dövlət satınalmaları ilə bağlı qanunvericiliyə görə, satınalmalarda iştirak edən şirkətlər azı 5 il təcrübəyə malik olmalıdılar. “Saffia Plus” Məhdud Məsuliyyətli Cəmiyyəti .2023-cü ilin yanvarında dövlət qeydiyyatına alınıb.Dərhal da Sumqayıt şəhərində yaşıllığın salınmasında dövlət layihələrinin iştirakçısına çevrilib.

Cəmi iki nəfər işçisi olan, 1 il təcrübəyə malik “Saffira Plus” MMC ötən ilin 4 ayında ümumi dəyəri 1 milyon 744 min 748 manat olan altı satınalma müqaviləsi bağlayıb. 2023-cü ildə isə bağlanan müqavilənin dəyəri 571 min 710 manat olub. Bu isə 2023-ün dekabrından 2024-cü ilin dekabr ayına qədər MMC ilə 2 milyon 316 min 458 manat dəyəri olan 8 satınalma müqaviləsinin bağlanıması deməkdir.Bu gün dərc edilən tenderin məbləği ilə birgə MMC-yə həvalə edilən işlərin dəyəri 2 milyon 580 min 424 manata çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Fevral 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri