Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər”

“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Biləsuvar rayon sakini Rəşad Hüseynov övladını dünyaya gəlmədən itirib. 

“Qafqazinfo”ya müraciət edən vətəndaş Biləsuvar Rayon Mərkəzi xəstəxanasından şikayətçidir. 

Onun sözlərinə görə, 33 yaşlı həyat yoldaşı Səyyarə Hüseynova ilə olan evliliyindən iki oğul övladı var. Növbəti övladının doğulmasına isə günlər qalmış onu itiriblər. Şikayətçi deyir ki, 35-36 həftəlik hamilə olan həyat yoldaşı hər ay müayinələrdən keçib və nə onun, nə də körpəsinin problemi olub: “Həkimlər hər şeyin qaydasında olduğunu, körpənin tam sağlam olduğunu bildirmişdilər. Sonuncu dəfə mayın 7-də yenidən yoxlanışa getdikdə də körpənin inkişafı çox yaxşı formada irəliləyirdi, lakin anada qan azlığının olduğu bildirildi. Belə ki, onun qanı 4,1 faiz idi. Bunun üçün də anaya qan köçürmək lazım olduğu deyildi. Ayın 8-i bizə dedilər ki, Qan Bankının Şirvan bölməsindən qan gətiriləcək. TƏBİB tərəfindən göndərildiyini deyən iki həkim bildirdi ki, “biz gəlmişik ki, doğumun vaxtını təyin edək və həyat yoldaşınızın qanını təmin edək”. Düzü, mən razı deyildim. Xəstəxanadan həkimlər, icra nümayəndələri toplaşıb evimizə gəldilər ki, qan vurulmalıdır. Mən dedim ki, “bu qan yoxlanılmalıdır, bəlkə heç düşmür?! Uşaq ananın qanı ilə qidalanır, bu yad qanı bəlkə götürmür? Mənim sağlam uşağımı məhv etməyin”. Onlar isə bildirdilər ki, “narahat olmayın, uşağa heç nə olan deyil, qan vurulacaq”. 

Rəşad Hüseynov iddia edir ki, xanımına qanı az-az yox, elə birbaşa vurublar: “Həyat yoldaşım görüb ki, bədəni isinir, ağzından sanki od çıxır. Həkimə narahat olduğunu bildirib. Həkim isə deyib ki, “heç nə olmaz, sən zəifsən deyə belədir”. Sən demə, həmin an uşaq ana bətnində boğulurmuş. Üstəlik 3 gün də ölü uşaq ananın bətnində qalıb. Biz bunu sonradan bildik. “Ayın 10-u yenidən gələrsiniz, qan vurulacaq”,- demişdilər. Mən yoldaşıma dedim ki, getməyək, qoy bir-iki gün keçsin. Yenidən həkimlər, icra nümayəndələri toplaşıb gəldilər. Həyat yoldaşımı məcbur təcili yardım maşınına qoyub apardılar. Uşaqlarım da qaldı ağlaya-ağlaya. Orada da görüblər artıq uşaq ölüb, tez dedilər ki, Bakıya aparılsın. Bizə məlumat da vermədilər. Sonradan bildik ki, körpə artıq ölüb. Bizə zəng edib dedilər ki, artıq Bakıda xəstəxanada hər şey hazırlamışıq, bir az da qalsa, ana da öləcək, təcili aparın. Mayın 11-də isə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat olunaraq körpə götürüldü. Həyat yoldaşımın da vəziyyəti pis idi. Gecə özünə gələ bilib. Mənim sağlam uşağımı məhv etdilər. Bu günə qədər gətir, axırda da belə olsun...”

Vətəndaş bildirir ki, uşaqlarından biri II, digəri isə III qrup əlildir. Doğulacaq körpələrini tam sağlam gözlədiyini deyən valideyn övladının cinsiyyəti ilə bağlı da məlumat ala bilmədiyini əlavə edir: “Bir neçə dəfə uşağın cinsiyyətini soruşmuşduq, deməmişdilər. Aparata girdikdən sonra hər ikimiz soruşmuşduq. Həkim də dedi ki, “cinsiyyətini neyləyirsən, sağlam uşaqdır, Allah verən paydır. Heç öləndən sonra da bizə cinsiyyəti ilə bağlı məlumat vermədilər”.   

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, mayın 6-da 33 yaşlı hamilə qan köçürülməsi ilə bağlı Biləsuvar Rayon Mərkəzi xəstəxanasına müraciət edib: “Bakı şəhərindən tibb müəssisəsinə dəvət olunan hemotoloqlar qrupu tərəfindən pasiyentə dəmir defisitli anemiya diaqnozu təyin edilib. Pasiyentə 4 gün müddətində hər gün 1 eritrosid qan kütləsi köçürülməsi məsləhət görülüb. Mayın 7-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasından 4 ədəd eritrosid qan kütləsi gətirilib, lakin həmin gün hamilə və onun həyat yoldaşı qanın köçürülməsidən imtina ediblər.

Növbəti gün isə hamiləyə qan köçürülməsi baş tutub. Qanköçürmə zamanı heç bir neqativ hal baş verməyib və pasiyent stabil vəziyyətdə evə buraxılıb. Daha sonra mayın 10-da yenidən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyent həmin gün saat 18:00 radələrində təcili tibbi yardım avtomobili ilə mama və mama-ginekoloqun müşahidəsi ilə Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə ilkin tibbi yardım göstərilib. 35-36 həftəlik hamiləlik, ağır anemiya, ölü döl ilə daxil olan pasiyent “Uşaqlığın anaya tibbi yardımın göstərilməsini tələb edən sonrakı çapığı” diaqnozu ilə qeydiyyata alınıb, hematoloq baxışı olub və qan köçürülüb”. 

TƏBİB-dən o da bildirilib ki, pasiyentin həyat yoldaşı əməliyyatın icra edilməsinə etiraz etməyib: “Ölü doğulan körpənin cinsi qadın, çəkisi 2.1 kq, boyu 43 sm olub. Əməliyyatdan sonra xəstə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda pasiyent intensiv palataya köçürülüb və vəziyyəti stabildir. Təyinat üzrə müalicəsi davam edir. Ümumilikdə 10.05.2025 – 12.05.2025 tarixləri ərzində pasiyentin vəziyyəti ağır olaraq qiymətləndirilib”.

Lamiyə Məmmədova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 May 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see553

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see398

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see368

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see314

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see305

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see297

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see275

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see271

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see270

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see247

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see247

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see246

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see228

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see224

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see224

8 Noyabr Zəfər Günü: dondurulmuş münaqişədən tarixi Qələbəyə ŞƏRH

04 Noyabr 2026 17:14see217

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see214

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see205

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see199

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri