SOCAR və “Honeywell Technologies” arasında Qlobal Çərçivə Sazişi imzalanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da SOCAR-ın prezidenti Rövşən Nəcəf “Honeywell Technologies” şirkətinin strategiya üzrə prezidenti, qlobal regionlar üzrə prezidenti və baş icraçı direktoru Anant Maheşvari ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə SOCAR ilə “Honeywell Technologies” arasında əməkdaşlıq münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə olunub, enerji sektorunun müxtəlif istiqamətləri, o cümlədən rəqəmsal transformasiya, avtomatlaşdırma və dayanıqlılıq sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Söhbət zamanı SOCAR tərəfindən əməliyyatların rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Tərəflər sənayenin avtomatlaşdırılması, enerji keçidi, əməliyyat təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə SOCAR tarixində ilk dəfə olmaqla, “Honeywell Technologies” ilə SOCAR arasında Qlobal Çərçivə Sazişi imzalanıb.
SOCAR-ın ölkədaxili və beynəlxalq aktivlərini əhatə edən yeni yanaşmanı özündə əks etdirən Saziş proqram təminatı və müvafiq texnoloji həllər də daxil olmaqla, məhsul və xidmətlərin gələcək təchizatı üzrə əməkdaşlığın çərçivəsini müəyyən edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Noyabr 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















