İki ölkədən Moskvaya dəstək: Rus formasında döyüşə girdilər
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şimali Koreya və İran qüvvələrinin Rusiya ordusunun hərbi geyimində NATO ölkələrinin astanasında olmaları real ssenaridir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib.
Qurum rəhbəri qeyd edib ki, NATO öz sərhədlərində hibrid təhlükələrin yaranması risklərini nəzərə almalıdır və Avropada kabelləri təxrib edən Rusiyanın kölgə donanması yeganə belə təhlükə deyil.
“Şimali Koreya və ya İran hərbçilərinin rus formalarında NATO ölkələrinin sərhədlərində olması, əgər Rusiyanın qarşısı alınmasa, tamamilə realdır. Şimali Koreya qoşunları artıq Avropa ərazisində döyüşürlər. Bunu əvvəllər kim düşünə bilərdi?”, - Yermak deyib.
Ukrayna rəsmisi əlavə edib ki, bu durumu cəzasızlıq yaradır, indi güclü qərarlar, sərt addımlar tələb edən məqamdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 29 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















