Icma.az
close
up
RU
İki qadınla evləndi, iki uşağı doğuldu, aliment verməkdən yayındı MƏHKƏMƏ

İki qadınla evləndi, iki uşağı doğuldu, aliment verməkdən yayındı MƏHKƏMƏ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi aliment borcunu ödəməkdən qərəzli şəkildə yayınan şəxsə hökm oxuyub. Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Modern.az-ın məlumatına görə, 1983-cü il təvəllüdlü təqsirləndirilən şəxs iki dəfə evli olub və hər ikisindən boşanıb. O, məhkəmə qərarı ilə keçmiş həyat yoldaşlarına hər ay müəyyən edilmiş məbləğdə aliment ödəməli idi. Balakən Rayon Məhkəməsinin 2012-ci ildə çıxardığı qətnaməyə əsasən, o, yetkinlik yaşına çatana qədər birinci uşağı üçün ayda 60 manat, Nərimanov Rayon Məhkəməsinin 2023-cü il tarixli qərarı ilə isə ikinci uşağı üçün hər ay 220 manat aliment ödəməli olub.

Lakin təqsirləndirilən şəxs uzun müddət aliment ödəməkdən yayınaraq, ümumilikdə 11 900 manat borc toplayıb. O, dəfələrlə məhkəmə və icra orqanları tərəfindən xəbərdar edilib və inzibati məsuliyyətə cəlb olunub. 2017, 2019 və 2024-cü illərdə ona müxtəlif müddətlərdə inzibati həbs cəzası verilsə də, borcunu ödəməkdən boyun qaçırıb.

Son olaraq, 2025-ci ilin fevral ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılan təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb. Hakim onun qərəzli şəkildə məhkəmə qərarlarını icra etmədiyini sübut olunmuş hesab edərək, azadlıqdan məhrumetmə cəzası təyin edib.

Qərara əsasən, cəzanın icrası 7 fevral 2025-ci ildən hesablanacaq və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəsi üçün dövlət hesabına ödənilmiş 180 manat vəsait vəkil bürosuna köçürüləcək.

Hökmdən 20 gün ərzində apellyasiya şikayəti vermək hüququ təmin edilib.
Yuxarıda qeyd etdiyimiz kimi, aliment ödəməkdən yayındığına görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən İmran Əliyev (ad-soyad şərtidir-red.) iki dəfə evlənib və hər iki həyat yoldaşından boşanıb. Hər iki evlilikdən onun bir uşağı dünyaya gəlib.

Birinci uşaq 2005-ci ildə anadan olub və onun anası Hüseynova (Vəliyeva) Silduzə Hacı qızıdır (ad-soyad şətdidir-red.)

İkinci uşaq 2011-ci ildə anadan olub və onun anası Abdulova (Vəliyeva) Leyla Şamil qızıdır (ad-soyad şətdidir-red.)
Beləliklə, apellyasiya şikayəti təmin olunmasa, aliment borcunu ödəməyən İmran Əliyev qarşıdakı 1 il 3 ayı həbsxana divarları arasında keçirməli olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri