İki qıza qarşı əxlaqsızlıq edən şəxsə hökm oxundu
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Salyanda iki yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən Şakir Mirzəlizadənin (ad və soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Şakir Mirzəlizadə soyğunçuluq məqsədi ilə qonşusunun evinə girib. Evdə yetkinlik yaşına çatmayan 2011 və 2012-ci il təvəllüdlü iki qızı görüb və həmin şəxslərə zor tətbiq edərək seksual xarakterli hərəkətlər edib. Daha sonra evdən min manat götürərək qaçıb.
Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 153.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə), 157.1 (Mənzil toxunulmazlığını pozma, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 180.1-ci ( Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə ittiham irəli sürülüb.
Baxış sayı:99
Bu xəbər 26 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















