Sevdiyi qıza qarşı əxlaqsızlıq edən şəxsə cəza verildi
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Mahal Məcidovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 3 il müddətə yetkinlik yaşına çatmayanlarla bağlı vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İttihama görə, hadisə 2024-cü ilin oktyabr-noyabr və 2025-ci ilin fevral aylarında Kürdəmir rayonunda qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Mahal Məcidov qeyd edilən tarixlərdə yaşadığı evin bağ sahəsində on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan, 2011-ci il təvəllüdlü, zərərçəkmiş D.D.-ni (adı, soyadı şərtidir) ilə öpüb, sonra təbii yolla cinsi əlaqədə olub.
Məhkəmə istintaqında Mahal Məcidov elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində deyib ki, D.D. ilə qızın nənəsigildə tanış olub. Onun sözlərinə görə, D.D.-in anası qızının az yaşlı olmadığını söyləyib. Sonra D.D. ilə danışıb, onu sevib və cinsi əlaqədə olub. Təqsirləndirilən şəxs qeyd edib ki, D.D.-nin 18 yaşı tamam olduqdan sonra onunla evlənəcəkmiş. (Pravda.az)
Bizim.Media
Baxış sayı:69
Bu xəbər 13 Noyabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















