Icma.az
close
up
RU
İki rayonda vacib gedişat: müsbət dəyişiklik ola bilər Sabiq deputat

İki rayonda vacib gedişat: müsbət dəyişiklik ola bilər Sabiq deputat

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda helikopterlə qızıl axtarışlarına başlanması sosial mediada ironiya ilə qarşılanıb. Belə ki, hazırda Daşkəsən və Göygöl ərazilərində aeroelektromaqnitik tədqiqatlara start verilib. Əksəriyyət bunu “neft dövrü bitdi, indi göydən qızıl axtarırlar” kimi dəyərləndirir. Bəziləri hesab edir ki, bu, çarəsizliyin göstəricisidir, çünki uzun illər ərzində iqtisadiyyatımız bir mənbəyə, neftə bağlı qalıb. Digərləri də bunu qızılın bahalaşmasından sonra atılan addım kimi qəbul edir.

Bu tədqiqatlar Azərbaycanın mədən sənayesində yeni mərhələnin başlanğıcıdır, ya qlobal qiymət artımına gecikmiş reaksiya? Əhali bu məsələni niyə ironiya ilə qarşılayır?

Globalinfo.az-a danışan sabiq deputat, iqtisadçə Vahid Əhmədov deyib ki, dünyada dövlətlərin iqtisadi gücünü müəyyən edən əsas amillərdən biri qızıl ehtiyatlarıdır:

“Azərbaycanın da kifayət qədər qızıl ehtiyatına malik olması əhəmiyyətlidir. Hazırda Kəlbəcər və Daşkəsən rayonlarında bu istiqamətdə müəyyən işlər görülür. Hər iki bölgədə böyük qızıl yataqları mövcuddur və “AzerGold” QSC bu ehtiyatları aşkarlamaq üçün xüsusi texnika gətirib. Helikopterlər vasitəsilə aparılan axtarış işləri şirkət rəhbərliyinin müsbət addımı kimi qiymətləndirilə bilər. Çünki qızıl ehtiyatı çox olan ölkələr həm hərbi, həm də iqtisadi sahədə daha güclü mövqeyə malik olur. Belə ehtiyatlar lazım gəldikdə iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır. Məsələn, Rusiya-Ukrayna müharibəsində Kreml öz qızıl ehtiyatından aktiv şəkildə istifadə edir. Azərbaycanda da bu sahənin inkişafı ölkənin iqtisadi möhkəmlənməsinə xidmət edə bilər. Əsas məqsəd isə qızıl gəlirlərinin tək hərbi sahəyə deyil, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsi olmalıdır”.

V.Əhmədov bildirib ki, Azərbaycanın hələ də kifayət qədər neft və qaz ehtiyatı var:

“Lakin qızıl ehtiyatlarının artırılması da iqtisadi təhlükəsizliyin və dövlət müstəqilliyinin vacib təminatıdır. Fikrimcə, son axtarışlar qiymət artımı ilə əlaqədar gecikmiş reaksiya deyil. Çünki qızıl ehtiyatı faktiki olaraq valyuta ehtiyatı kimi qiymətləndirilir. Ona görə də bu sahəyə diqqətin artırılması milli iqtisadiyyatın dayanıqlığına xidmət edir. Hazırda neft qiymətlərinin yüksək olması Azərbaycanın valyuta ehtiyatlarını qorumağa imkan verir. Düzdür, son zamanlar qiymət artımları daha da sürətlənib. Hökumət bu məsələyə ciddi diqqət yetirməlidir.

Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko xüsusi qərar qəbul edərək qiymətlərin əsassız artırılmasını qadağan edib və antiinhisar xidmətinə vəziyyəti ciddi nəzarətdə saxlamaq tapşırığı verib. Ölkəmizdə demək olar ki, hər ay bahalaşma prosesi gedir. Ona görə də qiymət artımının qarşısını almaq və bazar nəzarətini gücləndirmək vacibdir. Əgər yeni qızıl yataqları kəşf olunarsa və mədən sənayesi daha da inkişaf edərsə, bu, ölkənin iqtisadi sabitliyinə, eyni zamanda qiymət siyasətinə müsbət təsir göstərə bilər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri