“İki seçiminiz var” Tramp Nato ölkələrinə səsləndi
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinə yönəlik sərt mesaj verərək, onlara iki seçim təqdim edib.
O, "Truth" sosial media hesabından paylaşdığı açıqlamada bildirib ki, Hörmüz boğazındakı böhran səbəbilə yanacaq çatışmazlığı yaşayan müttəfiqlər ya ABŞ-dən yanacaq almalı, ya da özləri bölgəyə gedərək tədarük etməlidirlər.
Tramp xüsusilə İran əməliyyatında gözlədiyi dəstəyi ala bilmədiyi Birləşmiş Krallığı tənqid edib. O, qeyd edib ki, bəzi ölkələr əməliyyatda iştirakdan imtina edir, lakin eyni zamanda Hörmüz boğazındakı vəziyyət səbəbilə yanacaq təminatında çətinlik yaşayırlar.
“İki yolunuz var – ya ABŞ-dən alın, bizdə kifayət qədər var, ya da gecikmiş cəsarətinizi toplayıb boğaza gedin və özünüz əldə edin. ABŞ artıq sizin üçün orada olmayacaq”, -deyə o qeyd edib.
Qeyd edək ki, son günlər İspaniya və İtaliya ilə yanaşı, İsveçrə və Fransa da İran müharibəsi fonunda ABŞ-nin hərbi uçuşlarına müəyyən məhdudiyyətlər tətbiq edib. Bu isə müttəfiqlər arasında fikir ayrılıqlarının artdığını göstərir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 31 Mart 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















