Icma.az
close
up
RU
Kürdəmirdə toy məclisi davaya çevrildi: Bəyin qardaşı xəsarət aldı TƏFƏRRÜAT

Kürdəmirdə toy məclisi davaya çevrildi: Bəyin qardaşı xəsarət aldı TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kürdəmir rayonunda şadlıq sarayında dava olub, toyu olan oğlanın qardaşına xəsarət yetirilib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Şıxımlı kəndi ərazisində yerləşən ictimai yer hesab edilən “Dan ulduzu” şadlıq sarayında baş verib. 
Orada keçirilən toy məclisi zamanı heç-bir əsaslı səbəb olmadan həmin kəndin sakini, 1973-cü il təvəllüdlü İntiqam toyda iştirak edən Qismətin ünvanına nalayiq söyüşlər söyüb, üzərinə hücum edib. Onun üz və baş nahiyələrinə yumruqla qəsdən bir neçə dəfə vurub. 
Hadisəni törədən İntiqamın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Şıxımlı kəndində yaşayır: “Əvvəllər cinayət törətməyə görə məhkumluğum olmayıb, heç kimlə ədavətim və düşmənçiliyim yoxdur.
Hadisə günü, saat 18 radələrində kənd ərazisində yerləşən “Dan Ulduzu” şadlıq sarayında qohumum Əfqanın qızının toy məclisi keçirildi. Əfqan tanımadığım Salyan rayon Qarabağlı kənd sakini ilə qohum olub. Həmin toy məclisində iştirak etdim, yemək yeyərkən spirtli içki qəbul etdim. Əfqanın yeni qohum olduğu şəxslər də toyda iştirak ediblər. Toy məclisi zamanı saat 20 radələrində Salyandan gələn qonaqlardan bir nəfəri musiqiçilərlə mahnı sifarişi üstündə sözlü mübahisə etməyə başladı. Əfqan da həmin şəxsi sakitləşdirmək istəyərkən, onların yanına getdim. Dava olduğunu görərək mən də mübahisə edənlərin yanına getdim. Dava sırasında vurularaq yerə yıxıldım. Bundan sonra olan hadisələri isə xatırlamıram”.
İş üzrə zərərçəkmiş Qismətin sözlərinə görə, hadisə günü saat 17:00-da qardaşının Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində yerləşən “Dan ulduzu” şadlıq sarayında toy məclisi başladı. Məclis normal axarında davam etdi. Salyan rayonundan da oraya qonaqlar gəlmişdilər. Daha sonra saat təxminən 20 radələrində bilmədiyim səbəblərdən məclisdə iştirak edən bir qrup şəxs arasında dava düşdü. Mən də davanı sakitləşdirmək üçün onların yanına getdim. Bu zaman bir nəfər şəxs su butulkası ilə baş nahiyəmdən vurdu. Vuran adamı görməmişəm, kim olduğunu bilmirəm. Mən isə masanın üstündə olan salfetkanı başına qoydum və oradan Kürdəmir rayon xəstəxanasına getdim. Xəstəxanada mənə tibbi yardım olundu. Şadlıq sarayında olan dava-dalaş təxminən 20-25 dəqiqə davam etdi.
Hadisə nəticəsində toy məclisi dağıldı”. 
Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqama 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. 
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evini cəza müddətində axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi qadağan olunub.
Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Təqsirləndirilən şəxsə cəza müddətində Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməsi qadağan edilib. Onun müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və  ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see251

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see239

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see233

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see209

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see153

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see145

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see134

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see133

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see133

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri