Icma.az
close
up
RU
İki uçurum arasındakı nicat yolu: Səbir

İki uçurum arasındakı nicat yolu: Səbir

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Səbir - həyatın ən doğru, ən xeyirli ritmə uyğunlaşdırılmasıdır.
Başımıza cürbəcür bəlalar, müsibətlər gəlir. Qarşımıza cürbəcür problemlər, çətinliklər çıxır. Bu məqamda səbir ağrının ilk anında dözə bilməkdir, zərbənin ilk anında dayana bilməkdir. Allaha üsyan etməməkdir, Allaha təslim olmaqdır. Allahın əmrlərini yerinə yetirmək də səbirlə mümkündür.
Səbir bütün əməllərini dünya hesablarına görə yox, axirət hesablarına görə tənzimləməkdir. Səbrin əsas dörd şöbəsi var: başa gələn müsibətlərə dözə bilmək üçün səbir; ibadətləri yerinə yetirmək üçün səbir; günahlardan uzaq olmaq üçün səbir; dünyanın cazibəsindən xilas olmaq üçün səbir…
Səbir - səbirsizliklə acizlik (başqa sözlə, zillət) arasında ən doğru yoldur. Səbirsiz insan elə ilk anda üsyan edir və zərərə uğrayır. Aciz insan da elə ilk anda iradəsindən imtina edir və zərərə uğrayır. Mehmet Akif Ərsoy da bu barədə: “Nahaq(q) yerə fəryad ediyor, acizə haqq yox!” - deyir.
Aciz insan ağlından, iradəsindən istifadə etməyən, zillətə boyun əyən insan deməkdir. Bu mənada səbir iradə işidir, ağıl işidir. Zillət isə ağılsızlıq, iradəsizlikdir. Səbir, bəzən, üsyan etməkdir, ancaq Haqq üçün haqlı məqamda və haqlı yerdə üsyan etməkdir. İmam Hüseyn hadisəsi də bunun ən gözəl nümunəsidir.
Səbir edən insan Allahın (c.c.) “Dayan” dediyi yerdə dayanmağı, “Get” dediyi yerdə də getməyi bacarmalıdır.
Səbir sükunət deyil, səbir ətalət deyil. Allahın əmrlərinə uyğun hərəkət etməkdir, Allahın rizasına uyğun istiqamət götürməkdir. Ona görə də, bu mövzuda danışanda, düşünəndə həssas olmaq lazımdır. Səbri acizlik kimi anlayanlar heç vaxt doğru qənaət sahibi ola bilməzlər.
Quran məntiqi ilə səbir həm də ölümü gözə almaqdır. Təbii ki, bu ölüm şəhidlik kimi ölümün zirvəsi olmalı və o bəndəni Allahın rizasına qovuşdurmalıdır. Yəni, səbir məsələyə geniş aspektdən yanaşmaq, sağı-solu görərək ən doğru yolu - Sirati Müstəqimi görmək və o yolu seçməkdir. Səbrin bir tərəfi uçurumdur, yəni səbirsizlikdir, səbrin o biri tərəfi də uçurumdur, yəni acizlikdir. Və səbir bu iki uçurum arasındakı nicat yoludur.
Yuxarıda səbrin dörd şöbəsindən danışdıq. Bəla və müsibətlərə qarşı səbir çox mühüm göstəricidir. Belə ki, ən yaxınını itirən birisi “Allah verdi, Allah aldı” prinsipini əsas tutaraq dözə bilirsə, əlbəttə, bu səbri-cəmildir, yəni gözəl bir səbirdir. Bu mövzuda bir məqamı həmişə göz önündə saxlamaq lazımdır: bizim iradəmiz daxilində cərəyan edən hadisələr və bizim iradəmizdən asılı olmayaraq baş verən hadisələr...
Səbrin başqa bir şöbəsi isə ibadətə qatlanmaqdır.
Belə ki, uzun yay günlərində oruc tutmaq, soyuq qış gecələrində namaz qılmaq, dünyada Allahın verdiyi halal nemətləri başqaları ilə bölüşmək, əlbəttə ki, səbir gücü tələb edir. Çünki biz bu əməllərimizin əvəzini axirətdə alacağımıza inanırıq. Dediyimiz bu səbrin bir ucu bu dünyada, bir ucu da axirətdədir.
Günahlara qarşı səbir də çox mühüm məsələdir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) Həzrəti Əliyə (r.a.) belə buyurur: “Ya Əli! İlk baxış yararınadır, sonrası zərərinədir”. Alimlər bu hədisi belə izah edirlər ki, əgər gözün harama ilişdisə, o saat nəzərlərini yayındırmalısan, çünki harama baxmaq günahdır. Əgər yayındırmırsansa, harama baxmağa davam edirsənsə, baxışın əvvəli də zərərinədir, axırı da zərərinədir.
Başqalarının haqqını yemək, insanlara əziyyət vermək kimi hallar insanı əzaba aparır. Çünki bu əməllər zülmdür və Allah zülmü cəzasız qoymaz. Bu zülmdən uzaq durmaq üçün də insan səbir yolunu tutmalıdır.
Dünyanın yalançı cazibəsindən uzaq olmaq da səbrin ən mühüm şöbələrindəndir. Belə ki, bu dünya fani olduğu kimi, onun zahirən gözəl görünən tərəfləri də fanidir. Halbuki əbədini qazanmaq istəyən insan əbədiyə bağlanmalıdır. Yəni, insan Allahın rizasına qovuşmaq istəyirsə, dünya rahatlığından imtina etməlidir. “Dünyam da cənnət olsun, axirətim də cənnət olsun” məntiqi bu mənada bizim kimi adi insanlar üçün mümkünsüzdür. Dünyası da, axirəti də cənnət olanlar, əslində, könlünü Allaha təslim etmiş uca ruhlardır. O şəxslər isə öz həyatlarını səbir üzərində quran insanlardır.
Səbir imanın yarısıdır, hər cür xeyrin bünövrəsidir. İnsan həyatında bütün rəzilliklərin səbəbi də insanın səbirsizliyidir. Allah Qurani-Kərimdə buyurur ki, başınıza gələn xoş işləri Allahdan bilin, müsibətləri özünüzdən bilin. Başqa bir yerdə isə belə buyurulur ki, bir-birinə xeyri, saleh əməli və səbri tövsiyə etməyənlərdən başqa hər kəs zərərdədir. Yəni, səbir məsələsi bu qədər mühüm, bu qədər həyati məsələdir. Digər tərəfdən, səbir Allahın bizdən nə gözlədiyini öyrənmək və Ona layiqincə qarşılıq verməkdir.
Bəzən iradəmizdən asılı olmayaraq başımıza müəyyən işlər gəlir. Məsələn, bütün qaydalara əməl etsək də, heç gözləmədiyimiz halda xəstələnirik. Yəni, o xəstəlik bizə bir növ Allahın göndərdiyi bir müsibətdir. Bu hikməti anlamaq və ona səbirlə dözmək insana Allah qatında dəyər qazandırır, Onun mərtəbəsinə yüksəldir. Bunun ən gözəl nümunəsini biz Həzrəti Əyyubun (ə.s.) həyatında görürük.
Yuxarıda verdiyimiz bir misalda da səbir məsələsində insan iradəsinin əhəmiyyətindən danışmışdıq. Yəni, səbir bəndənin ağlı, düşüncəsi, iradəsi ilə Allaha təslim olması və Onun buyurduğu yolu tutmasıdır.
Allah (c.c.) bizi səbirsizlikdən, acizlikdən uzaq olanlardan, səbirlə, iradə ilə yaşayanlardan etsin.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 Sentyabr 2026 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri