Icma.az
close
up
RU
PSJ ilə izləyiciləri arasındakı uçurum dərinləşir

PSJ ilə izləyiciləri arasındakı uçurum dərinləşir

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Prinsipcə Liqa 1-də mövsümü elə 26-cı turdan sonra da bitirmək olar.

Çempionluğa iddialı PSJ bir başqa iddialı “Marsel”i asanlıqla məğlub edirsə, hansı intriqadan danışa bilərik?! Halbuki cənublular qələbə qazansaydı, xal fərqi 13-ə enəcək, PSJ hansısa təzyiq hiss edəcəkdi. Turun mərkəzi oyununun il yarısı paytaxt klubunun 2:0 hesabıylı qələbəsiylə bitdi. Amma 2-ci hissənin əvvəlində Mendeşin kobud səhvindən sonra Quirinin fərqi azaltması cənubluları bir qədər ümidləndirdi. Ümid isə hələ nəticə deyil.
Fərq azalan kimi təzyiqi artıran parislilər 76-cı dəqiqədə Lirolanı “qapıların yerini səhv salmağa” sövq etdi. Oyunu asanlıqla qələbəyə daşıyan PSJ ən yaxın izləyicisi ilə xal fərqini də 19-a çatdırdı. İndi əsas sual Enrikenin komandasının çempionluğu hansı turda təmin edəcəyidi.
Hesabat turunda 3-cü pillənin sahibi dəyişdi. 2025-ci ildə ilk səfər qələbəsini qazanan “Monako” “Nitsa”nı turnir cədvəlində arxada qoydu. “Knyazlar” “Anje”nin qapısından son 13 dəqiqədə iki cavabsız top keçirdi. “Nitsa” isə “Oser”lə ev oyununda qələbəni 4-cü uzatma dəqiqəsində əldən verdi. “Lill” də gözlənilmədən büdrədi. “Nant”ın qonağı olan “şimallı itlər” rəqibin 74-cü dəqiqədə azlıqda qalmasından yararlana bilmədi. Əksinə, “Nant” 83-cü dəqiqədə yeganə qolu vurdu.
Turun qalan oyunlarına gəlincə, “Lion” “Havr”ı məğlub etməklə “avrokubok zonası”nda yerini qorudu. Həmin zonaya iddialı “Strasbur” evdə “Tuluza”ya qalib gəldi. “Lans” “Renn”dən üstün oldu, “Brest” – “Reyms” oyununda hesab açılmadı.
26-cı tur
PSJ – Marsel 3:1

Dembele, 17. Mendeş, 42. Lirola, 76-öz qapısına – Quiri, 51. (47000)
PSJ: Donnarumma, Hakimi, Beraldo, Paço, Mendeş, Zair-Emeri (Barkola, 64), Vitinya, Ruis, Due (Neveş, 73), Dembele (Li Kan İn, 80), Kvaratsxeliya (L.Ernandes, 80).
Marsel: Rulyi, Balerdi, Felipe (Lirola, 63), Kornelius, Enrike, Ronjye (Mope, 85), Kondoqbia (Bakola, 89), Dediç (Merlin, 63), Nadir (Qrinvud, 63), Rabyo, Quiri.
Anje – Monako 0:2
Biret, 77. Akliuş, 87-p. (11400)
Monako: Kön, Vanderson (Dyatta, 68), Sinqo, Kerer, Enrike (Mavissa, 82), Əl-Musrati (Kamara, 46), Zəkəriyə, Ben-Seqir (Embolo, 46), Minamino, Akliuş, Biret (Salisu, 90+1).
Nitsa – Oser 1:1
Gessand, 37 – Aye, 90+1. (18640)
Nant – Lill 1:0
Məhəmməd, 83. (28621)
Lans – Renn 1:0
Said, 47. (38182)
Lion – Havr 4:2
Lakazett, 22-p. Fofana, 78. Mikautadze, 82. Almada, 90+7 – Ture, 31-p. Kazimir, 45+1. (39991)
Brest – Reyms 0:0
(14517)
Strasbur – Tuluza 2:1
Lemarşal, 47. Santos, 54 – Maqri, 3. (19128)
“Monpelye” – “Sent-Etyen” oyunu 61-ci dəqiqədə - hesab 0:2 olarkən yerli azarkeşlərin meydana tüstü qumbaraları atması üzündən dayandırılıb.
1. PSJ 26 21 5 0 73-25 68
2. Marsel 26 15 4 7 53-33 49
3. Monako 26 14 5 7 51-32 47
4. Nitsa 26 13 8 5 50-31 47
5. Lion 26 13 6 7 50-33 45
6. Lill 26 12 8 6 40-28 44
7. Strasbur 26 12 7 7 41-33 43
8. Lans 26 11 6 9 31-29 39
9. Brest 26 11 4 11 38-40 37
10. Tuluza 26 9 7 10 33-29 34
11. Oser 26 8 8 10 37-39 32
12. Renn 26 9 2 15 35-37 29
13. Nant 26 6 9 11 29-43 27
14. Anje 26 7 6 13 26-42 27
15. Reyms 26 5 8 13 26-40 23
16. Havr 26 6 3 17 26-55 21
17. Sent-Etyen 25 5 5 15 25-57 20
18. Monpelye 25 4 3 18 21-59 15
Bombardirlər: Dembele (PSJ) – 21, Qrinvud (Marsel) – 15, Devid (Lill) – 14, Barkola (PSJ) – 13.
Növbəti turun oyunları martın 28-30-u aralığında keçiriləcək: Strasbur – Lion, Reyms – Marsel, Sent-Etyen – PSJ, Monako – Nitsa, Tuluza – Brest, Anje – Renn, Oser – Monpelye, Havr – Nant, Lill – Lans.
Turun rəqəmi
10 – “Marsel”in oyunçularının Liqa 1-də PSJ ilə qarşılaşmalarda səbəbkar olduqları avtoqolların sayı bu həddə çatdı. Bu, Fransa elitasında 1947/48 mövsümündən bəri iki komandanın duelləri ilə bağlı ən yüksək göstəricidi.
Turun ulduzu
Fabian Ruis (PSJ) – düzdü, qolları Dembele ilə Mendeş vurdu, ancaq hər iki halda məhsuldar ötürməni ispaniyalı yarımmüdafiəçi verdi. Cari mövsümdə artıq 3 qol da vuran təcrübəli futbolçu meydanın mərkəzində istədiyini edirdi.
Turun sitatı
Brel Embolo, “Monako”nun hücumçusu:

“Çoxdan səfərdə qələbə qazana bilmirdik. Mövsümün sonuna 8 oyun qalıb, hər şey öz əlimizdədi. Azarkeşlərin hər dəfə bizdən baxımlı oyun gözlədiyini anlayıram, ancaq “Anje” də zəif rəqib deyil. Çoxlu qol vəziyyəti yarada bilməsək də, oyun fəlsəfəmizin uğur gətirəcəyinə sona qədər inanırdıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Mart 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri