Icma.az
close
up
RU
Azərbaycanda varlı ilə kasıb arasındakı uçurum dərinləşir KONKRET

Azərbaycanda varlı ilə kasıb arasındakı uçurum dərinləşir KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cəmiyyətdə gəlir fərqinin dərinləşməsi yalnız iqtisadi problem deyil, həm də sosial sabitliyə, bərabər imkanlara və insanların gələcəyə baxışına təsir edən ciddi amildir. Varlı və aztəminatlı təbəqələr arasındakı uçurum genişləndikcə orta təbəqənin zəifləməsi, təhsil və əmək bazarında imkanların qeyri-bərabərliyi, sosial ədalətsizliklə bağlı narazılıqlar da arta bilər.

Bəs Azərbaycanda gəlir bərabərsizliyi hansı səviyyədədir? Varlı və kasıb təbəqələr arasındakı fərqin dərinləşməsi cəmiyyət üçün nə qədər təhlükəlidir? Orta təbəqənin zəifləməsi hansı sosial nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, istənilən cəmiyyətdə müəyyən gəlir fərqinin olması təbii haldır. Lakin əsas məsələ bu fərqin hansı səbəblərdən yaranması və dövlət tərəfindən necə tənzimlənməsidir.

Onun sözlərinə görə, kapitalist iqtisadi sistemində insanların gəlirlərinin eyni olması mümkün deyil:

“Biz kapitalist istehsal sisteminə keçmişik. Kapitalizmin sosializmdən əsas fərqlərindən biri də gəlirlərin bərabər olmamasıdır. Lakin burada xüsusi diqqət edilməli məqam var. Gəlir bərabərsizliyi qanunla tənzimlənməli, insanların istedad və qabiliyyətləri, eləcə də dövlət və cəmiyyət qarşısındakı xidmətləri arasındakı fərqi əks etdirməlidir.

Azərbaycanda isə təəssüf ki, gəlir bərabərsizliyi çox zaman qeyri-qanuni şəkildə formalaşır. İnsanların qazancı onların istedad və qabiliyyətlərinə uyğun müəyyənləşmir. Bu isə cəmiyyətdə ciddi fəsadlar yaradır. İnsanların ədalətli şəkildə varlı və ya kasıb olduğu cəmiyyətlərdə sosial kataklizmlər üçün zəmin yaranmır. Əksinə, varlılıq və yoxsulluq qeyri-qanuni və ədalətsiz yollarla formalaşırsa, cəmiyyətdə daxili gərginlik artır. Bu gərginlik istənilən vaxt ciddi sosial problemlərə çevrilə bilər”.

Sərdar Cəlaloğlu bildirir ki, gəlirlər arasındakı fərq müəyyən həddə qədər qəbulolunan olsa da, dövlət sosial tarazlığın qorunması üçün bu prosesə nəzarət etməlidir:

“Digər tərəfdən, gəlir fərqi mövcud olsa belə, dövlət onun ağlabatan həddə saxlanılmasını təmin etməlidir. Dünyada bunun müxtəlif nümunələri var. Məsələn, ABŞ-da müəyyən həddən artıq böyüyən media şirkətlərinin daha kiçik şirkətlərə bölünməsi ilə bağlı qərarlar qəbul edilib. Çünki bəzi nəhəng şirkətlərin maliyyə imkanları hətta dövlət büdcələrini belə üstələyə bilir.

Bu gün Azərbaycanda da elə insanlar var ki, onların qeyri-qanuni gəlirləri dövlət büdcəsinin gəlirlərindən çoxdur. Əsas problem də məhz budur. Azərbaycanın qarşısında iki ciddi məsələ dayanır: birincisi, qeyri-qanuni gəlir əldə edilməsi və bunun yaratdığı ədalətsizlik, ikincisi isə gəlir bərabərsizliyinin lazımi səviyyədə tənzimlənməməsidir”.

ADP sədri hesab edir ki, gəlirlər arasındakı kəskin fərqin əsas fəsadlarından biri orta təbəqənin zəifləməsidir. Onun fikrincə, məhz orta təbəqə cəmiyyətdə sosial tarazlığın qorunmasında mühüm rol oynayır:

“Orta təbəqə varlılarla kasıbları bir-birinə bağlayan, cəmiyyətdə sosial tarazlığı təmin edən əsas təbəqədir. Ölkədə orta təbəqənin həcmi böyükdürsə, orada davamlı sabitlik və tərəqqi üçün daha əlverişli şərait yaranır. Orta təbəqənin zəif olduğu cəmiyyətlərdə isə qütbləşmə güclənir və bu, sosial kataklizmlərə yol aça bilər.

Təəssüf ki, Azərbaycanda orta təbəqə demək olar ki, yoxdur. Mən hesab edirəm ki, bu təbəqə ümumi əhalinin təxminən 2 faizini təşkil edir, ya etmir. Bir tərəfdə kəskin varlı insanlar, digər tərəfdə isə ciddi maddi çətinlik içində yaşayanlar var. Bu isə son dərəcə təhlükəli sosial proseslərə gətirib çıxarır.

Ona görə də dövlət gəlirlərin bu cür paradoksal bölgüsündən və kəskin fərqlərdən yaranan problemləri aradan qaldırmaq üçün təcili addımlar atmalıdır. Ən vacib məsələ isə orta təbəqənin formalaşdırılmasının dövlətin iqtisadi siyasətinin “qırmızı xətti”nə çevrilməsidir”.

Beləliklə, gəlir bərabərsizliyi yalnız insanların cibindəki pulun miqdarı ilə ölçülən məsələ deyil. Problem həm də cəmiyyətdə ədalət hissinin necə formalaşması, insanların öz əməyinin qarşılığını nə dərəcədə ədalətli alması və sosial yüksəliş üçün real imkanların mövcudluğu ilə bağlıdır.

Əgər insan öz zəhməti, biliyi və bacarığı hesabına daha yaxşı həyat quracağına inanırsa, gəlir fərqi müəyyən həddə qədər normal qəbul edilə bilər. Lakin varlılıqla yoxsulluq arasındakı uçurum ədalətsizlik, korrupsiya və qeyri-qanuni gəlirlərlə əlaqələndirilirsə, bu, artıq iqtisadi göstəricidən daha böyük – sosial etimad və sabitlik probleminə çevrilə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Sentyabr 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri