Icma.az
close
up
RU
“İKİ VLADİMİR ARASINDA...” “Tramp Ukraynaya hərbi yardımları gücləndirməklə necə uda bilər?”

“İKİ VLADİMİR ARASINDA...” “Tramp Ukraynaya hərbi yardımları gücləndirməklə necə uda bilər?”

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında gedən müharibəni tezliklə durduracağını bəyan etsə də, hələ ki, bu istiqamətdə real nəticə görünmür. Artıq Tramp Rusiyanı müharibəni uzatmaqda ittiham etməyə başlayıb. O, qəzəbləndiyini və belə davam edərsə Rusiyaya qarşı tədbirlər görəcəyini açıqlayıb.

Tramp hakimiyyətə gəlməmişdən öncə verdiyi bəyanatların əksinə olaraq, bu məsələdə Bayden kimi qətiyyətsizlik nümayiş etdirir. ABŞ hakimiyyətinin Rusiyanı durdurmasının ən optimal yolu Ukraynaya edilə biləcək geniş miqyaslı hərbi yardımlardır. ABŞ ilə Avropanın birlikdə fəaliyyəti nəinki müharibənin durdurulmasına, hətta Ukraynanın qələbəsinə qədər gətirib çıxara bilər. Lakin hələ Bayden dönəmində nəzərdə tutulan yardımların belə heç də hamısı Ukraynaya verilməyib və ayrılmış vəsaitin bir hissəsi istifadəsiz qalıb. Trampın öz sələfindən daha qətiyyətli davranması isə Ukraynayla yanaşı ABŞ üçün də faydalı ola bilər.

Hurriyyet.az xəbər verir ki, “The İnsider” saytında gedən “İki Vladimir arasında - Nəyə görə Ukraynaya edilən hərbi yardımları gücləndirməklə Tramp uda bilər?” başlıqlı məqalədə sözügedən mövzuya toxunulur.

Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Artıq dördüncü ildir ki, Ukraynada müharibə gedir və bu ölkə təkcə Rusiyanın hücumlarından yox, həmçinin ABŞ-dəki siyasi xaosdan da əziyyət çəkir. Əgər Bayden administrasiyası qətiyyətsizlikdə və lənglikdə ittiham edilirdisə, Donald Trampın xarici siyasəti də Amerikanın müttəfiqlərini dəfələrlə şoka salıb. Ukrayna Prezidenti Volodimir Zelenski ilə Oval kabinetdəki qalmaqallı görüşündən sonra Tramp bu ölkəyə edilən hərbi yardımları dondurmuşdu, bir həftədən sonra isə onu yenidən bərpa etdi.

Əlbəttə, ABŞ heç də ilk dəfə deyildi ki, Ukraynaya edilən hərbi yardımı dayandırırdı. Vaxtilə Konqresin Ukrayna üçün silahlanmaya pul ayırmasına baxmayraq, Barak Obama Kiyevə bir ədəd güllə də yollamamışdı. Trampın birinci administrasiya dönəmində Ukraynaya dəstək üçün nəzərdə tutulan vəsaitlər qanunsuz olaraq müsadirə edilmişdi. Baydenin hakimiyyəti zamanı isə Rusiyanın geniş miqyaslı təcavüzünə qədər Kiyevə olunması nəzərdə tutulan yardım zərfləri, həmçinin, 2024-cü ilin əvvəlində dörd ay müddətində silah tədarükü dayandırılmışdı.

Öncəkilərlə müqayisdə çox qısa müddət çəkən sonuncu yardım pauzası Vaşinqton ilə Kiyev arasındakı münasibətlərin kövrəkliyini əyani nümayiş etdirir. Silah tədarükü Ağ Evin dünya siyasətinə təsirində güclü vasitədir. Bu vasitədən Trampın necə istifadə etməsi nəinki Ukraya üçün mənfi təsirlər yaradar, həm də ABŞ-nin özünə də ziyan vura bilər.

ABŞ Ukraynaya necə yardım edir

Son üç ildə Amerikanın Ukraynaya mühüm hərbi dəstək proqramı olan “Presidental Drowdown Authority”-PDA (Prezidentin silah yollama hüququ) Prezidentə Müdafiə Nazirliyinin ehtiyatından silah yollamasına imkan verir. Bu cür yardım operativ şəkildə həyata keçirilir.

Xarici ölkələrə kömək göstərilməsi haqqında qanuna görə, ABŞ ildə 100 milyard dollar məbləğinə kimi yardım edə bilər, amma Konqres bu həddi dəfələrlə yüksəldib. “PDA” çərçivəsində Kiyevə kömək göstərmək üçün bir neçə milyard dollar qalır. Yeri gəlmişkən, Pentaqon Ukraynaya hələ Bayden zamanı ayrılmış milyardlarla dollarlıq yardımı göndərməkdə davam edir. Həmin yardım Oval kabinetdəki qalmaqaldan sonra bir həftəlik dayandırılmışdı, lakin indi bu yardm bərpa olunub. Tramp bu tədarükləri birtərfli qaydada dayandıra bilər, lakin o bunu etməyib. Onu demək lazımdır ki, Trampın yardımları dayandırması təhlükəsi yerində qalır. Konqres bu məsələdə praktiki olaraq heç bir səalhiyyətə malik deyil, onun yalnız icəzə verilmiş məbləğın həddinə yenidən baxmaq hüququ var.

ABŞ yardımları içərisində “PDA”-dan sonra “Ukraine Security Assistance Initative”-USAI (Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü) də var. Bu proqrama əsasən Ukraynanın uzunmüddətli ehtiyaclarını maliyyələşdirə bilər. Həmin təşəbbüsdə ABŞ ehtiyatlarından yardım kimi silah götürülməsi yox, bu məbləğ çərçivəsində silah istehsalının sifarişi nəzərdə tutulur.

“USAI” hələ Obama zamanı yaradılmışdı, lakin sonrakı dönəmlərdəki hər bir administrasiya onu səmərəsiz hala gətirdi. Bayden “USAI” proqramı əsasında Ukraynaya 33 milyard dollar ayırmışdı, amma onun prezidentliyinin sonunda bu məbləğin hələ 10 milyard dolları tamamilə istifadə edilməmiş qalıb. Tramp “USAI”-ni dondura bilər. Belə olan halda Konqress etiraz səsini qaldıra bilər, lakin onun bu məsələdə prezidentə təsir göstərmək mexanizmi yoxdur.

Unutmayaq ki, Trampın birinci administrasiyası dönmənində “USAI”-nin vəsaitləri müsadirə edilmişdi və buna görə ona heç nə deyilməmişdi.

Kiyevə edilən yardımların ABŞ üçün faydaları

ABŞ-dəki ara seçimlərinə hələ bir ildən çox vaxt qalır, Tramp isə üçüncü prezidentlik müddətinə gedə bilməz, ona görə də onun ən radikal addımlar atması mümkündür. Bunlar arasında Bayden administrasiyası tərəfindən pulu ödənilmiş silahların yollanılmasının və ya silah istehsal edənlərin işinin dayandırılması ola bilər. Amma bu ABŞ Hərbi Sənaye Kompleksi üçün böyük ziyanla yanaşı, həm də mənfi yönümlü iqtisadi nəticələrə gətirib çıxarar.

Bu cür tədbirlərin görülməməsi onu göstərir ki, Tramp administrasiyası qismən olsa da, ABŞ-nin Ukraynaya etdiyi yardımın mənfəət gətirdiyini anlayır. Rusiyanın 2022-ci ildəki təcavüzündən əvvəlki üç il ərzində ABŞ-nin silah satışının həcmi təxminən 161 milyard dollar olub. Ümumiyyətlə, 2022-ci ildən sonra ABŞ hərbi sənayesi 280 milyard dollar gəlir əldə edib. Bu məbləğ Trampın hesabı ilə Ukraynaya edilmiş 300 milyard dollara yaxın rəqəmdir. Əslində, Konqress təxminən 175 milyard dollar ayırmışdı və bunun da əksər hissəsi “USAI” proqramı çərçivəsində ölkə iqtisadiyyatına qayıdıb. Tramp bu yaxınlarda Ukraynaya edilən ABŞ yardımlarının qəbul edilimiş ümumi dəyərləndirmədən az olduğunu etiraf etsə də, hələ də özünün fantastik rəqmlərinin üstündə dayanmaqda israrlıdır.

ABŞ-nin müttəfiqləri və Amerika sənayesinin nümayəndələri Ukraynaya hərbi dəstəyin faydalı olması arqumentini Tramp administrasiyasına çatdırmalıdırlar. ABŞ sənayesinin bu cür yüksəlməsinin nə qədər vaxt aparması sualı açıq qalır. Trampın Rusiya ilə münasibətlərdə yumşaqlığa getməsi ABŞ silahından asılı olan tərəfdaşlar arasında həyəcan yaradıb. Real ifadə ilə desək, hazırda müdafiəyə çəkilən xərc azalır, ancaq silah şirkətləri indiki vəziyyəti sabit tutmaq və böyümək üçün xarici sifarişçilərdən gələn əlavə qazanca böyük ehtiyac duyurlar. Əgər xaricə satışlar olmasa, ”Patriot” Zenit Raket Kompleksi buraxan “Raytheon” şirkəti illərlə işsiz qalardı. Hərçənd ki, bu HHM sistemlərinə olan sifarişlər kifayət qədər yüksəkdir, amma bundan sonra həmin şirkətin böyüməsi istənilən səviyyədə olmaya bilər.

Hələ ki, NATO ölkələrində “Patriot” öz populyarlığını saxlayır, buna baxmayraq, gələcəkdə bu sistemlər Fransa/İtaliya istehsalı olan “SAMP/T” -nin sərt rəqabəti ilə üzlşəcək. Amerikan silahları ilə sadəcə birbaşa rəqabət aparan silahlar yoxdur, lakin vəziyyət dəyişdiyi təqdirdə onların bazardakı payını Avropa və digər beynəlxalq istehsalçılar qopara bilərlər.

Trampın ixracı artırmaq və ABŞ ticarət balansındakı kəsiri minimuma salmaq ideyasının nəticəsi şübhəli görünür. Hərçənd ki, ticarət balansındakı kəsir ən mühüm iqtisadi göstərici deyil, amma Amerika maraqları baxımından demokratik dünyanın başlıca arsenalı olmaq naminə buna xüsusi diqqət ayrılır. Mənəvi və strateji düşüncələri bir kənara qoyaraq, belə bir sual verək: Tramp müdafiə sferasında yeni iş yerlərinin ABŞ-də, yoxsa Avropada açılmasına üstünlük verərdi? Əlbəttə, bunun cavabı aydındır.

Tramp administrasiyası nə edir?

Öz administrasiyasına olan dayanıqsız inamı möhkəmləndirmək üçün Tramp bir neçə vacib addım atmalıdır. 

Birincisi, Ukrayna atəşkəsə razı olsa da, bundan imtina edən Putinə cavab olaraq Tramp Rusiyaya təzyiqi artırmalıdır. Bunu sanksiyalara riayət edilməsini yoxlamaqla, Rusiya neftinin satış qiyməti həddini azaltmaqla və həmçinin də Ukraynaya edilən yardımları əhəmiyyətli dərəcədə qaldırmaqla etmək mümkündür. Qısa müddətli perspektivdə Ukraynaya köməyi bir neçə milyard dollarlıq istifadə edilməmiş “PDA” vəsaitlərindən həyata keçirmək lazımdır. Orta və uzunmüddətli perspektivdə Vaşinqton real təhlükəsizlik təminatı kimi Kiyevlə Ukraynadakı faydalı qazıntıların istismarı barədə müqavilə imzalamalıdır. Bu sövdələşmənin siyasi cəhətdən daha səmərəli olması üçün Tramp “lend-liz”qanununun yenilənməsilə Ukraynaya hərbi yardım göstərə bilər. Həmin hərbi yardımların pulunun ödənilməsi Ukraynadakı təbii resurslardan götürülən mənfəətdən qapadılsa, daha yaxşı olar.

İkincisi, ABŞ NATO-ya tam dəstəyi təmin etməlidir, lakin bu, yeni şərtlər daxilində olmalıdır və iyun ayında Haaqada keçiriləcək sammitdə alyans üzvləri tərəfindən razılaşdırılmalıdır. Razılaşdırılmış şərtlərə görə, müdafiəyə çəkiləcək xərclər üzv ölkələrin Ümumi Daxili Məhsulunun 3,5 faizindən az olmamalıdır. Amerika ordusunun məhdud kontingentinin NATO-nun cəbhəyanı dövlətlərində indiki rotasiyalar əvəzinə daimi yerləşdirilməsi məqsədəuyğundur. Bu, Pentaqonun büdcəsinə böyük yük düşmədən Rusiya təcavüzünün qarısının alınmasını təmin edəcək. ABŞ hərbi bazalarının tikintisi Avropa tərəfindən maliyyəşləşdirilməlidir. Belə bir addımın atılması ABŞ-nin Hind-Sakit okean regionunda hərbi imkanlarını genişləndirməsinə imkan yaradacaq.

Üçüncüsü, ABŞ Prezidenti administrativ-büdcə idarəsinə tapşırıq verməlidir ki, Pentaqon və Konqreslə birlikdə müdafiə xərclərinin 2028-ci ilədək ölkənin ÜDM-nin 5%-nə qədər çatdırılması planını işləyib hazırlasınlar. Bunun üçün büdcəyə milli təhlükəsizliklə bağlı maddə salınmalıdır. İlon Maskın “Departament of Government Efficiency”(DOGE) “Dövlət idarəetməsinin səmərəlilyi departamenti” təxirə salınmadan ləğv edilməlidir. İşçi personalının kütləvi şəkildə azaldılması ilə bağlı “DOGE”-nin bəsit və yöndəmisiz yanaşmaları heç bir federal müəssisəyə fayda gətirmir. Hətta ABŞ-nin nüvə arsenalına cavabdeh olan müəssisələrə də böyük ziyan dəyir. Maskın ölkənin əsas müdafiə sənayesi zavodlarının minlərlə işçisini ixtisara salması ABŞ-nin müharibə aparmaq qabiliyyətini, həm də İsrail və Ukrayna kimi tərəfdaşların hərbi təchizatını dərindən sarsıdır.

Həqiqətən də Pentaqonun köhnəlmiş bürokratik strukturunda islahat aparılması lazımdır, lakin bu, zərgər incəliyi ilə edilməlidir. Heç nəyə məhəl qoymadan insanların işdən qovulması ölkənin öz ayağına güllə vurmasına bənzəyir.

Təklif edilən tədbirlərin alternativi bu müharibəyə cəlb olunmuş bütün ölkələrin - ABŞ-nin, Ukraynanın və onların tərəfdaşlarının məğlubiyyətidir. Məhsuldar və xeyirli münasibətlər mümkündür və Qərb əleyhinə formalaşan Çin, Rusiya, İran, Şimalı Koreya kimi ölkələrdən gələ biləcək təcavüzün önü kəsilməlidir.

Bayden administrasiyasının qətiyyətsizliyi və ləngliyi ilə Trampın impulsivliyi və proqnozlaşdırılmayan hərəkətləri arasında hansısa qızıl ortanın tapılması vacibdir. Müttəfiqlər ABŞ-nin gücündən əmin olmalıdırlar. Ukraynanın dəstəklənməsindən imtina olunması Amerikanı önə çıxarmayacaq, yalnız onu tənhalaşdıracaq. Ola bilər ki, Trampın elektoratının bir hissəsinə məhz bu lazımdır, lakin belə bir ssenari ixracın çökməsi və ABŞ iqtisadiyyatının depressiyaya qərq olması ilə nəticələnəcək. Ukraynanın lazım olan silahlarla təcihz edilməsi Amerikanın müdafiə sənayesinin güclənməsinə və Avropanın möhkəm sülhə yaxınlaşmasına yol açacaq.

Bunu ukraynalılardan daha çox istəyən yoxdur, bunu ən az istəyən isə Putindir”.

AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://hurriyyet.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pərvinin leopart naxışlı geyimi FOTOLAR

31 Mart 2025 22:12see227

Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək

31 Mart 2025 22:46see227

1 Aprel Gülüş və zarafat günü

01 Aprel 2025 00:00see216

İran ABŞ ni nüvə silahı ilə hədələdi

01 Aprel 2025 01:08see214

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü

31 Mart 2025 23:39see158

Azərbaycanda 12 günluk bayram tətili BAŞA ÇATDI

01 Aprel 2025 00:00see139

İsrailin maliyyə naziri Bezalel Smotriç istefa verib

01 Aprel 2025 01:14see133

NTD nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

01 Aprel 2025 10:33see130

“İsrail bayramda Qəzzaya hücumları qəsdən artırıb” HƏMAS

01 Aprel 2025 09:40see126

Çinlilər qədim insanın üzünü bərpa ediblər…

02 Aprel 2025 00:57see124

Həkim daimi şirniyyata olan həvəsin səbəblərini açıqladı

01 Aprel 2025 10:35see124

Tramp ABŞ ın Afrikadakı hərbi mövcudluğunu azalda bilər

31 Mart 2025 23:22see124

Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

01 Aprel 2025 10:32see122

Valeh Məhərrəmli vəfat etdi

02 Aprel 2025 00:50see121

Dövlət rüsumlarını ödəmək daha da asanlaşdı Video

01 Aprel 2025 10:32see120

AZAL ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlanıb VİDEO

01 Aprel 2025 10:31see119

Qadınlar səyahətə niyə tək gedirlər? Heyrətləndirən səbəb

02 Aprel 2025 01:13see119

Bəşər tarixinin ən qanlı cinayəti

01 Aprel 2025 07:27see117

Çalhanoğlu Türkiyə nəhənginə transfer olur? Şərəf olardı

31 Mart 2025 23:23see107

Ermənistanda jurnalistlərlə qalmaqal yaradan deputat mandatından imtina etdiyini deyib

01 Aprel 2025 10:31see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri