İki yaşlı autizmli uşağı kameradan kənara çəkərək vurdu VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq halı qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, uşağın valideynləri bu barədə “Baku.es”ə məlumat verib.
Şikayətçinin sözlərinə görə, sözügedən Mərkəzdə inkişafı və reabilitasiyası üçün həvalə edilən uşaq zorakılığa məruz qalıb.
O, zorakılıqla bağlı təhlükəsizlik kamerasının görüntülərini də təqdim edib. Videoda görünür ki, müəssisə əməkdaşı uşağı kameradan kənara çəkərək başından və üzündən vurur.
“Brain Academy”dən bildirilib ki, hazırda məsələyə hüquqi qiymət verilməsi gözlənilir: “Daxili araşdırmanın nəticələrinə əsasən, hər iki əməkdaş barəsində intizam tədbirləri görülüb, onlara töhmət verilib və işdən uzaqlaşdırılmaları istiqamətində tədbirlər görülür” .
Məsələ ilə bağlı həmçinin polis tərəfindən araşdırma aparılır.
Sözügedən görüntüləri təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 21 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















