Icma.az
close
up
RU
İkicanlı... Rusiyada çoxarvadlılıqla bağlı verilən qərar ölkəmizdəki qanuna zidd yanaşma sayılır

İkicanlı... Rusiyada çoxarvadlılıqla bağlı verilən qərar ölkəmizdəki qanuna zidd yanaşma sayılır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün əvvəl Rusiyada çoxarvadlılıqla bağlı verilən qərar birmənalı qarşılanmadı. Rusiya kimi ölkədə belə bir qərarın verilməsi ağıllarda sual işarəsi yaratdı. Axı Azərbaycan da uzun illər Rusiyanın əsarətində olub. Rusiyada bu qərarın verilməsindən sonra Azərbaycanda da kişilər bir-birinə yarızarafat, yarıciddi “artıq ikinci arvad almağa icazə var” deyir.Azərbaycanda "təkrar evlilik" qanunla necə tənzimlənir?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan sekulyar dövlətdir və Konstitusiyada açıq şəkildə bildirilib ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdirlər. Eyni zamanda, bu hüquq Konstitusiyasının 25-ci maddəsində də təsbit olunmuşdur ki, bütün şəxslər dinindən asılı olmayaraq, qanun qarşısında bərabərdirlər.

Ramil Süleymanov / Foto: Bizimyol.info

Hüquqşünas qeyd edib ki, sekulyar dövlətlər dini kəbinləri də qəbul etmirlər. Bəzi dövlətlər var ki, orada şəriət qaydaları ilə bağlanan dini kəbinlər qəbul olunur və sonradan həmin kəbinlər də rəsmiləşdirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5-ci maddəsinə görə dini kəbin kəsmək hüquqi əhəmiyyətə malik deyil.

“Rusiyada alınan bu qərarla bağlı onu bildirmək istəyirəm ki, bəzi cəmiyyətlər imperialist görünə bilər, amma həmin imperialistliyin kökü çox çürükdür. Nəticə etibarilə Rusiya kimi dövlətlərin əhali kütləsi ciddi problemlər içərisindədir, əhalinin artımı aşırı dərəcədə aşağı düşüb Rusiya hazırda müharibə apardığı Ukrayna cəbhəsində kifayət qədər itki verib. Bir hüquqşünas kimi fikirləşirəm ki, Rusiyanın bu qərarı verməsinin əsas səbəbi İslam dininin bu müddəasına əsaslanmaqla faktiki olaraq dul qalmış və ərə getməyən, amma reproduktivliyi olan qadınların doğumunun təmin olunmasıdır. Nəticədə bu qanunun xidmət etdiyi məsələ budur”-deyən hüquqşünas qeyd edib ki, bu qərarın nə qədər doğru olduğunu söyləmək çətindir. Ramil Süleymanov hesab edir ki, dini bucaqdan bu tam normal qərardır. Amma, digər tərəfdən ola bilər ki, Rusiya dövləti hakimiyyətin elitası artıq İslam dinini faydalı və münasib din kimi qəbul edir və onun bu ehkamlarından da yararlanmaq istəyir.

“Bu məsələnin Azərbaycan dövlətinə nə qədər aid olub, olmamasını deyə bilmərəm. Çünki, bu məsələdə Azərbaycan dövləti sekulyarlığını bəyan edib. Baxmayaraq ki, Rusiya dövləti də bəyan etmişdi. Eyni zamanda, Azərbaycan dövləti bildirib ki, onun ərazisində tək qadınla evlənmək qanuna uyğundur”-deyə Ramil Süleymanov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri