Icma.az
close
up
RU
USİAD in ölkəmizdəki fəaliyyətinə nöqtə

USİAD in ölkəmizdəki fəaliyyətinə nöqtə

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ təşkilatı getmək istəmir və hökumətlə yeni danışıqlar gözləyir - ekspertlər nə deyir?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən həftəsonu keçirilən mətbuat konfransında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) yardımlarının xoşniyyətli olmadığını bildirib.
C.Bayramov qeyd edib ki, USAİD-in ölkəmizə yardımları ABŞ-ın mənafeyi üçün edilirdi: “Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAİID-in layihələrinin dayandırılmasını tələb etdik. Onlar isə bunun dayandırılmasını istəmirdilər. Ona görə də biz bundan sonra yazılı təkliflərimizi ABŞ tərəfinə göndərdik və müzakirələr aparıldı”.
Nazirin sözlərinə görə, USAİD-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb: “Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib”.
62 ildir ki, fəaliyyətdə olan USAİD nəcib ideyalar əsasında fəaliyyət göstərdiyini elan etsə də, zaman-zaman onun fəaliyyəti ilə bağlı ciddi suallar və şübhələr yaşanıb. Ən əsas və ciddi ittiham USAİD-in ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) alt strukturu kimi fəaliyyət göstərməsi, fəaliyyət göstərdiyi ölkələrdə humanitar yardım və digər dəstək proqramları ilə yanaşı, rəsmi ABŞ-ın dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc” kimi istifadə edilməsi ilə bağlı olub.  
USAİD Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərir. Fəaliyyəti dövründə dəfələrlə Azərbaycana münasibətdə həmişə ayrı-seçkilik edilib.  Azərbaycanın Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərindən sonra erməniəsilli sakinlər könüllü olaraq Ermənistana köç etməyə başladılar. Bu zaman USAİD dərhal özünü göstərdi və qurumun rəhbəri Samanta Pauer Ermənistana səfər etdi, “Qarabağ hadisələrindən zərər çəkənlərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını elan etdi. O zaman Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” təşəbbüsü ilə çıxış etmişdi. USAİD-in Azərbaycana qarşı bu mövqeyinin əsl səbəbi təbii ki, bağlı olduğu “Soros” Fondudur. 
Zamanında Azərbaycanda hərc-mərcliklər yaratmaq istəyən bu fond biabırçı şəkildə ölkədən qovulmuşdu. Hələ də “quyruq acısını” unuda bilməyən fond törəməsi USAİD-i işə salaraq Azərbaycana qarşı qərəzli mövqe tutmaqda davam edir. Ona görə də ən yüksək səviyyədə artıq  qərar verilib ki, bu təşkilatın ölkəmizdə fəaliyyətinə son qoyulmasının zamanıdır. 
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson nazirin bəyanatına “Amerikanın Səsi”ndə münasibət bildirib. Cavabda bildirilir ki, ABŞ Azərbaycan hökuməti ilə dialoqu davam etdirməyi səbirsizliklə gözləyir: “USAİD 1991-ci ildən Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan xalqına 450 milyon dollardan çox yardım göstərib.  Biz yeni əməkdaşlıq və tərəfdaşlıq sahələri üzrə razılığa gəlmək üçün Azərbaycan hökuməti ilə əlaqə saxlayırıq. Biz 30 ildən artıq davam edən tərəfdaşlığımızı təsdiqləmək üçün Azərbaycan hökuməti ilə dialoqumuzu davam etdirməyi səbirsizliklə gözləyirik”. 
USAİD-in getməsi hansı reaksiya doğura bilər? ABŞ-Azərbaycan münasibətlərindəki soyuqluğun bir qədər də kəskinləşməsinə gətirib çıxararmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, USAİD təbii olaraq həmişə Amerikanın maraqlarına xidmət edib. Sadəcə, görüntü yaradıblar ki, guya Azərbaycan və digər ölkələrə xoş niyyətlər üçün yardımlar edilib: “Burada ABŞ-ın siyasi maraqları həmişə olub. Hansı regionlarda USAİD və onun kimi təşkilatlar vasitəsilə maliyyə yardımları edilibsə, həmin region və dövlətlərdə özlərinə sərf edən vəziyyət yaratmaq məqsədi güdülüb. Müxtəlif partiyaların üzvlərini maliyyə dəstəyi verməklə əslində həmin partiyaya da maliyyə dəstəyi vermiş olurlar. Mən özüm uzun illərdir QHT rəhbəriyəm, ancaq heç vaxt xaricdən maliyyə almamışam. Çünki pulu verən sifarişlərini də verir.  Müxtəlif layihələr adı altında vəsaitlər verən dövlət təbii ki, ilk növbədə öz maraqlarını həyata keçirməyi hədəfləyir. USAİD-in fəaliyyətinin Azərbaycanda dayandırılması ABŞ-Azərbaycan münasibətlərinə müəyyən qədər təsir edə bilər. Çünki ABŞ müəyyən maraqlarının həyata keçirilməsi mexanizminin aradan qalxmasına sevinməyəcək. Buna baxmayaraq, Azərbaycan öz milli maraqlarını qorumaq üçün atdığı addımın arxasında yəqin ki, dayanacaq. ABŞ-ın narazı qalması bizi doğru bildiyimiz yoldan çəkindirməməlidir. Onsuz da ABŞ-Azərbaycan münasibətləri Bayden hakimiyyəti dövründə yaxşı deyildi. Bayden hakimiyyəti daim işğalçı Ermənistanın müdafiəsində oldu və Azərbaycana qarşı addımlar atdı. Amma indi yeni Donald Tramp administrasiyası fəaliyyətə başladı və ümid edək ki, Azərbaycan-ABŞ münasibətlərində xoş niyyətli yaxınlaşmalar olacaq. Azərbaycanın haqlı mövqeyi Tramp administrasiyası tərəfindən nəzərə alınacaq. Amma onu da unutmayaq ki, Trampın komandasında da Azərbaycanı sevməyən yüksək vəzifəli şəxslər var. Biz hər bir halda Azərbaycanın dövlət və milli maraqlarına xələl gətirə bilən istənilən layihələrin burada icrasına imkan verməməliyik”. 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə bildirdi ki, bir sıra dövlətlərdə fərqli formada fəaliyyət göstərən USAİD və bu qəbildən olan təşkilatlar əslində onları yaradan dövlətlərin və güclərin maraqlarına xidmət edirlər. USAİD-in də fəaliyyəti hər birimizə bəllidir: “Bu cür təşkilatların əsl məqsədləri çoxdan ifşa olunub. Onların əsas məqsədləri ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, bunun üçün özlərinə həmin ölkələrdə dayaq nöqtələri formalaşdırmaqdır. Müxtəlif layihələri həyata keçirmək adı altında məhz bu məqsəd güdülür. Müxtəlif QHT-lərə, media mənsublarına maliyyələr ayırmaqla onları özlərindən asılı vəziyyətə gətirirlər. Sonra isə öz maraqlarını onlar vasitəsilə həyata keçirməyə çalışırlar, ölkələrin daxilindəki proseslərə bu yolla təsir göstərirlər. Bu siyasəti həyata keçirən ən öndə gedən təşkilatlardan biri məhz USAİD-dir. Bu təşkilat Azərbaycanla bağlı çoxlu layihələr icra edib. Bu gün reallıq ondan ibarətdir ki, əslində onun fəaliyyətinin özü ABŞ-Azərbaycan münasibətlərindən asılıdır. Ötən il USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı hüquqi addım atılması üçün 43 nəfər deputat xarici işlər naziri Ceyhun Bayramova yazılı müraciət etmişdilər. USAİD-in daha çox kök atdığı ölkələrdən biri Gürcüstandır. Ötən il Gürcüstanda baş verən hadisələri gördük. Faktiki olaraq USAİD və onun kimi təşkilatlardan qidalanan, onlardan asılı olan QHT-lər və media resursları az qala ölkədə vətəndaş müharibəsi salmaq üzrəydilər. Azərbaycan təbii ki, bu cür mənfi nümunələri də nəzərə alaraq lazımi addımlarını atır”.
Ekspert qeyd etdi ki, USAİD-in  fəaliyyətinin dayandırılmasından Azərbaycan nə isə itirməyəcək: “Qarşı tərəfin narazılığı ola bilər. Məsələnin ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcəyinə gəlincə, düşünürəm ki, USAİD kimi təşkilatların fəaliyyətinin dayandırlmasının hər hansı bir zərəri olmayacaq. Dövlətlərarası münasibətlərdə mütləq deyil ki, USAİD kimi təşkilatlar mütləq  Azərbaycanda fəaliyyət göstərsinlər”.  
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri