Icma.az
close
up
RU
İkinci cəbhə açılır: Moldova Rusiya müharibəsi QAPIDA

İkinci cəbhə açılır: Moldova Rusiya müharibəsi QAPIDA

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması postsovet məkanındakı geosiyasi proseslərə mənfi təsir göstərə bilər.

Xüsusilə də Moldovanın MDB-dən çıxaraq avrointeqrasiya kursunu seçməsi Ukrayna müharibəsi fonunda Şərqi Avropa regionunda  Rusiya ilə Qərb arasında mövcud olan gərginliyi artıracaq növbəti amil kimi çıxış edir.

Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu aprelin 9-da MDB ölkələri ilə müqavilələri ləğv edib.

Moldova Prezidenti MDB-dən çıxma prosesini rəsmi olaraq başa çatdıran fərmanlar imzalayıb. Dərc olunmuş məlumata görə, birinci fərman 8 dekabr 1991-ci il tarixli MDB-nin yaradılması haqqında müqavilənin, eləcə də 21 dekabr 1991-ci il tarixli müvafiq protokolun ləğvini nəzərdə tutur. İkinci fərman 22 yanvar 1993-cü ildə qəbul edilmiş MDB Nizamnaməsinin ləğvi ilə bağlıdır.

Sənədin mətnində vurğulanır ki, Kişinyov öz qərarı barədə MDB strukturlarına məlumat verməyi öhdəsinə götürür. 

Bununla da Müstəqil Dövlətlər Birliyindən çıxan ölkələrin sayı Gürcüstan və Ukraynadan sonra 3-ə çatıb. Rusiyanın bu məsələyə laqeyd qalmayacağı və sərt reaksiya verəcəyi gözlənilir.

Hələ mart ayında MDB-dən çıxmaq məsələsinin Moldova parlamentində müzakirə olunması zamanı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bunu iqtisadi baxımdan dağıdıcı qərar adlandırmışdı.

“Ölkə hakimiyyətinin MDB-dən çıxmaq qərarı təkcə Avropaya inteqrasiya kursunun dönməzliyini vurğulamaq istəyini deyil, həm də adi moldovalıların iradəsinə zidd olaraq Rusiyadan və Avrasiya məkanında baş verən proseslərdən tamamilə və nəhayət uzaqlaşmaq cəhdini ortaya qoyur”, - deyə Zaxarova bildirmişdi.

Rusiyalı diplomatın bu açıqlaması Kişinyeunun mövqeyini tənqid etmək məqsədi daşısa da, əslində etiraf kimi şərh olunmalıdır.

Çünki MDB-dən çıxan hər üç ölkəni, o cümlədən Moldovanı adıçəkilən qurumdan uzaqlaşdıran amil Rusiya təhlükəsi olub. Rusiya Ukraynanın tam işğalına nail olarsa, növbəti hədəfinin Moldova olacağını gizlətmir.

Rəsmi Moskvanın niyyəti Ukraynanın dəniz sahili ərazilərini və Odessa şəhərini işğal etdikdən sonra cənub-qərbdən rusların yaşadığı separatçı Dnestryanı bölgəyə müdaxilə etməkdir.

Plana görə, Dnestryanı bölgədəki Rusiya sülhməramlı ilə birləşən ordu hissəsləri Moldovanın zəbt olunmasına nail olmalıdır. Bununla da Rusiya SSRİ-nin “soyuq” müharibə dövründə mövcud olmuş qərb sərhədlərinə çıxış əldə etmək istəyir.

Moldova isə bu təhlükənin qarşısını almaq üçün Avropa İttifaqına daha çox inteqrasiya etməyə və Qərbin təhlükəsizlik zəmanətlərini almağa çalışır. Hətta Moldovanın MDB-dən çıxması perspektivdə bu ölkənin NATO üzvü olan Rumıniya ilə birləşmək məsələsini yenidən gündəmə gətirə bilər.

Lakin Moldova ərazisində münaqişə və Rusiya qoşunları var. Bu isə Moldovanın Avropa İttifaqına və NATO-ya interqasiyası istiqamətində ciddi maneələrdir. Hətta Dnestryanı bölgənin rus əhalisi Avropa İttifaqı ərazisində  yaşamaq üçün Moldova ilə sülhə razılaşsa belə, Rusiya öz silahlı qüvvələrini bu ərazidən çıxartmaq niyyətində görünmür. 

Sandu hakimiyyəti bu qərarın iqtisadi baxımdan da faydalı olduğunu bildirir.Qeyd edilir ki, Moldova MDB-dəki üzvlüyü başa çatdıqdan sonra təşkilatın büdcəsinə illik töhfələr vermək öhdəliyindən imtina etməklə 176.000 dollar qənaət edəcək. Lakin Moldovanın bu addımı daha çox geosiyasi amillərlə bağlıdır.

Prezident Sandunun MDB-dən imtina etmək və postsovet ölkələri ilə münasibətləri ikitərəfli müqavilələr əsasında qurmaq siyasəti Rusiyanı daha da aqressivləşdirə bilər.

Çünki MDB-dən çıxmaq həm də Avropa İttifaqının Kişinyeu qarşısında qoyduyu tələbdir. Moldova həm MDB-yə, həm də Avropa İttifaqına üzv ola bilməz. Bu baxımdan, prezident Sandunun imzaladığı fərmanlar, bir növ MDB-nin strukturunu dağıdır. 

Qeyd edək ki, Avropa İttifaqı eyni şərtləri Ermənistanın da qarşısında irəli sürür. Ermənistan Avropa İttifaqına üzv olmaq istəyirsə, o zaman digər regional təşkilatlardan çıxmalıdır.

Söhbət Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birlyindən gedir. Son zamanlar Ermənistanın KTMT və Aİİ sıralarını tərk edəcəyinə dair məlumatların əsl səbəbi də bununla bağlıdır.

Rusiya Aİİ-a üzv olan Ermənistanın Avropa İttifaqına üzv olacağı təqdirdə, bütün ticarət və gömrük güzəştlərindən məhrum edəcəyi, yəni sanksiyalarla hədələyir. Ermənistanın Moldovanın yolu ilə getdiyinə dair aparılan siyasi müqayisələr tez-tez səslənir.

Lakin Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi Nikol Paşinyan hakimiyyətinin belə bir addım atması ona siyasi problemlər  yarada bilər. Bu səbəbdən, Paşinyanın seçkilərdən sonra KTMT-dən çıxmaq üçün konkret hüquqi prosedurlara başlayacağını gözləmək olar.

Rusiyanın başının Ukraynadakı müharibəyə qarışmasından istifadə edən Moldova və Ermənistan görünür, Avropaya inteqrasiya prosesini sürətləndirmək barədə düşünür.

Lakin ABŞ-nin və Avropa İttifaqının bütün siyasi diqqətinin İrandakı müharibəyə yönəldiyi bir vaxtda Kremlin siyasi orbitindən uzaqlaşmaq cəhdlərinin qarşısını almaq üçün Rusiya postsovet məkanında təzyiq vasitəsi kimi müxtəlif təxribatlara əl ata bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Moldova-Rusiya MDB

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri