Icma.az
close
up
RU
İkinci Tramp Putin anlaşması real deyil: Alyaska görüşü iflasa uğrasa, ABŞ Rusiyanın qələm ini qıracaq

İkinci Tramp Putin anlaşması real deyil: Alyaska görüşü iflasa uğrasa, ABŞ Rusiyanın qələm ini qıracaq

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Alyaska görüşü siyasi-diplomatik dialoq olsa da, əslində, ABŞ, Rusiya və NATO üzvü olan Avropa Birliyi ölkələri arasında güc balansını yeni müəyyən edə biləcək önəmli prosesin başlanma mərhələsidir... Tramp administrasiyası eyni vaxtda həm siyasi-diplomatik kanalları, həm də hərbi və iqtisadi sanksiyalar üzərindən təzyiq alətlərini işə salaraq, ABŞ üçün maksimum manevr imkanları yaratmağa çalışır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Tramp-Putin anlaşması artıq bir dəfə mövcud olub və Rusiya tərəfindən son anda pozulub. Nəticədə Ukrayna savaşının dayandırılmasına yönəlik Tramp planı Kreml tərəfindən məqsədyönlü şəkildə iflasa uğradılıb. Halbuki, Ukrayna savaşının dayandırılmasına yönəlik Tramp planı böyük ölçüdə Rusiyanın maraqlarını ifadə edirdi. Və bu planın vaxtilə açıqlanmış detalları belə qənaətə gəlməyə əsas verir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp ilə birbaşa görüş təklifi məhz Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Üstəlik, prezident Vladimir Putin bu təklifi elə Ağ Ev sahibinin Rusiyaya sülh anlaşması üçün verdiyi möhlətin başa çatma ərəfəsində gündəmə gətirib. Belə anlaşılır ki, Kremldə prezident Donald Trampın möhlətin bitməsilə Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiqi barədə təhdidindən ciddi şəkildə narahatdırlar. Və ona görə də, prezident Vladimir Putin Ağ Ev sahibi Donald Tramp ilə danışıqlar masası arxasında anlaşmaq niyyətinə düşüb.

ABŞ-ın Alyaska ştatında keçiriləcək Tramp-Putin görüşü prezident Vladimir Putin üçün Ağ Ev sahibi ilə ikinci dəfə anlaşmaq şansı olacaq. Ancaq bu dəfə situasiya kifayət qədər fərqli məzmun və keyfiyyət daşıyır. Ağ Evdə Rusiyaya və onun liderinə artıq inanmağa həvəs göstərmirlər. Üstəlik, Qərb siyasi dairələri də Rusiya prezidenti tərəfindən aldadıldığını artıq etiraf etmiş Ağ Evə sahibi Donald Trampa müxtəlif istiqamətlər üzrə təzyiq göstərməyə çalışırlar. Və bu, istənilən halda, Alyaska görüşünün siyasi-diplomatik atmosferini daha da gərginləşdirir.

Məsələ ondadır ki, Alyaska görüşü ərəfəsində ABŞ və Qərb siyasi dairələrində diplomatik aktivliyin ən yüksək səviyyəyə çatdığı müşahidə edilir. Belə ki, növbəti siyasi uğursuzluq ilə üzləşmək istəməyən Ağ Ev təmsilçiləri Rusiya rəsmiləri ilə diplomatik təmasları artırıblar. Ağ Ev sahibi Donald Trampın xüsusi nümayəndəsinin Kremldə prezident Vladimir Putin ilə görüşündən sonra dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrovla Alyaska görüşünü müzakirə edib. Və Dövlət Departamentindən verilən məlumata görə, ABŞ Alyaska görüşünün uğurla nəticələnməsi üçün əlindən gələn hər şeyi etməyə hazırdır.

Ancaq ABŞ-ın Alyaska görüşünün uğur qazanması üçün göstərdiyi cəhdlərin yetərli olmayacağı artıq qətiyyən şübhə doğurmur. Çünki bu məsələdə uğur qazanılması üçün Ukrayna və Avropa Birliyi ölkələrinin də mövqeyinin, maraqlarının nəzərə alınması vacibdir. Ağ Ev sahibi Donald Tramp da bu reallığı qəbul edir. Ona görə də, ABŞ prezidenti Donald Tramp Alyaska görüşü ərəfəsində Avropa liderləri ilə də danışıqlar bildirib. Onun fikrincə, Avropa liderləri də Ukrayna savaşının dayandırılmasına yönəlik sazişin baş tutmasını istəyirlər.

Prezident Donald Trampın bu açıqlaması da Ağ Evin Alyaska görüşündən öncə çoxvektorlu diplomatiya içərisində olduğunu göstərir. Belə ki, Tramp administrasiyası həm Rusiya, həm də Avropa ilə paralel danışıqlar aparmaqla, kompromis əldə etmək üçün koordinasiyalı təzyiq mexanizmi qurmağa çalışır. Və bu təzyiq mexanizminin Avropa Birliyini, yoxsa, Rusiyanı daha çox hədəfə alacağı hələlik müəmmalı xarakter daşıyır.

Digər tərəfdən, Tramp administrasiyası həm Rusiya, həm də Avropa Birliyi ilə intensiv siyasi-diplomatik təmaslarda olsa da, Ukrayna savaşının ikinci əsas tərəfinə bir qədər məsafəli davranmağa üstünlük verir. Ona görə də, rəsmi Kiyev Alyaska görüşünə elə indidən sərt mövqe ilə reaksiya verir. Prezident Volodimir Zelenski hesab edir ki, ABŞ və Rusiya liderləri Ukraynanın gələcək taleyi ilə bağlı qərar vermək hüququna malik deyillər. Yəni, rəsmi Kiyev açıq şəkildə bəyan edir ki, Alyaska görüşünün nəticələri Ukraynanın əleyhinə olarsa, Tramp-Putin anlaşmasını tanımayacaq.

Prezident Volodimir Zelenski onu da vurğulayıb ki, Rusiyanın dünyanı yenidən aldatmasına imkan verilməyəcək. Ukrayna lideri onu da bildirib ki, son günlərdə bu məqsədlə tərəfdaşlar ölkələr ilə 30-dan çox məsləhətləşmə aparılıb. Onun fikrincə, müharibəni mütləq bitirmək lazımdır. Ancaq ədalətli sülh üçün Rusiyaya təzyiq göstərmək də olduqca vacibdir: "İndiyə qədər həm Ukraynanın, həm də Avropadakı tərəfdaşlarımızın təcrübəsi onu göstərir ki, Rusiyanın yenidən bütün dünyanı aldatmasına imkan vermək olmaz”.

Ukrayna lideri onu da vurğulayıb ki, hazırda Rusiyanın ədalətli sülh naminə kompromisə hazır olduğunu biruzə verən heç bir əlamət müşahidə edilmir. Bu isə Alyaska görüşündən dərhal sonra Ukrayna savaşının dayandırılması ilə bağlı hər hansı irəliləyişin əldə olunacağına dair gözləntiləri ciddi şəkildə məhdudlaşdırır. Və bu baxımdan, rəsmi Kiyev Alyaska görüşünün Ukraynaya beynəlxalq hüquq normalarına uyğun şərtlər çərçivəsində sülh gətirə biləcəyinə elə bir ciddi ehtimal vermir.

Bəzi məlumatlara görə, Ağ Evdə də Alyaska görüşünün real sülh vəziyyətinə yol açacağına elə də böyük ümidlər bəsləmirlər. Ona görə də, Tramp administrasiyasının həm paralel təzyiq, həm də diplomatiya strategiyasını aktual saxlamağa çalışdığı bildirilir. Belə ki, Ağ Ev Alyaska danışıqlarının nəticəsindən asılı olmayaraq, Ukrayna üçün NATO üzərindən silah tədarükünü davam etdirəcək. Tramp administrasiyasından sızan məlumata görə, siyasi-diplomatik cəhdlər uğur gətirməsə, ABŞ NATO ölkələrinə Ukrayna üçün silah satmaq niyyətindədir.

Digər tərəfdən, belə iddialar da mövcuddur ki, prezident Donald Trampın bəzi açıqlamalarının Rusiyaya sərfəli məzmun daşıması hazırda taktiki manevr xarakteri daşıyır. Yəni, belə açıqlamalar ilə Ağ Ev sahibi Rusiya ilə ən azından ilkin anlaşma əldə etməyə cəhd göstərir. Həmin iddialara görə, aldadıldığını düşünən Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putinə qarşı hələ də çox əsəblidir. Əgər, seçim etmək məcburiyyətində qalarsa, Ağ Ev sahibi Donald Tramp Rusiyanın iqtisadiyyatına dağıdıcı zərbə vurmağa üstünlük verə bilər.

Belə anlaşılır ki, Alyaska görüşü siyasi-diplomatik dialoq olsa da, əslində, ABŞ, Rusiya və NATO üzvü olan Avropa Birliyi ölkələri arasında güc balansını yeni müəyyən edə biləcək önəmli prosesin başlanma mərhələsidir. Tramp administrasiyası eyni vaxtda həm siyasi-diplomatik kanalları, həm də hərbi və iqtisadi sanksiyalar üzərindən təzyiq alətlərini işə salaraq, ABŞ üçün “maksimum manevr imkanı” yaratmağa çalışır. Bu, onu göstərir ki, əgər, prezident Vladimir Putin Alyaskada Ağ Ev sahibi Donald Trampla anlaşmağa nail olmazsa, Ukrayna savaşı hələ uzun müddət davam edəcək. Və bu halda, Rusiya üçün daha ağır situasiyanın yaradılacağı qətiyyən şübhə doğurmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Avqust 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri