Icma.az
close
up
RU
İkitərəfli münasibətlərdə lider amili...

İkitərəfli münasibətlərdə lider amili...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yüksək dostluq və işgüzar mühitin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır

Sirr deyil ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin güclənməsində lider amili ön plana çıxır. Xüsusilə, müsbət dinamika qazanan iqtisadi əlaqələrin yaxın dostluq, hətta strateji tərəfdaşlıq müstəvisinə qalxmasında lider amilinin rolu danılmazdır. Bu mənada, Azərbaycanın son illərdə beynəlxalq arenada qazandığı nüfuz, tutduğu önəmli yerdə dövlətin düzgün, praqmatik və çevik xarici siyasət yürütməsi ilə yanaşı Prezident İlham Əliyevin dünya liderləri ilə yüksək şəxsi münasibətləri olduqca mühüm yer tutur.  Prezident İlham Əliyevin Azərbaycana qısa zamanda Cənubi Qafqazın lideri statusunu qazandırması, Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya iqtisadi tranzitini ən real və effektiv ticari yol kimi təqdim etməsi, nəhayət, 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində yeni təhlükəsizlik arxitekturası qurması bütün dünya liderləri tərəfindən etiraf olunur - bu amil,  post-müharibə dövrünün reallıqlarında Azərbaycan liderinin ölkəsini yeni inkişaf mərhələsinə doğru apardığını sübuta yetirir.

İkitərəfli münasibətlərin, eyni zamanda strateji əlaqələrin qurulmasında liderlərin şəxsi münasibətlərinin yaxınlığından danışan zaman, Azərbaycan - Çin nümunəsinə toxunmamaq olmaz. İki dövlətin rəhbəri arasındakı səmimi münasibətlər dövlətlərarası əlaqələrin də yüksək keyfiyyətinə təsir göstərməkdədir.  Yeri gəlmişkən, Prezident İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri edib. Səfər çərçivəsində Pekində Azərbaycan Prezidentinin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir

Vurğulandığı kimi, iki ölkə arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənir - üst-üstə düşən maraqlar, uzlaşan mövqelər, yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. Ümumiyyətlə, iki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur.

Eyni zamanda, dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Dövlətimizin başçısı Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çində işgüzar, 2015-ci ildə isə dövlət səfərində olub. 2019-cu ildə isə Pekində keçirilən beynəlxalq əməkdaşlıq forumunda Cənubi Qafqazdan olan yeganə dövlət başçısı məhz Prezident İlham Əliyev olub. Çin lideri Si Cinpin özünün əsas qlobal təşəbbüsü üzrə Azərbaycana yüksək dəyər verməsi təkcə ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit potensialı ilə deyil, həm də dövlətimizin başçısına bir lider kimi olan etimadı ilə bağlıdır. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində bildirib ki, Çin dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biridir. ÇXR-in Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında Çinin bütün sahələrdə qazandığı nailiyyətlər və uğurlar onu dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxardı, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdi. Si Cinpinin başçılığı ilə Çin böyük uğurlar qazanıb. Çinin inkişafı təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verir: “Sədr Si Cinpinin dəvəti ilə 2014-cü ildə Çinə işgüzar səfər etdim, artıq 2015-ci ildə mənim ÇXR-ə dövlət səfərim oldu. 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumunda iştirak etdim. Sədr Si Cinpin ilə görüşlərimizi və səmərəli müzakirələrimizi böyük məmnuniyyətlə xatırlayıram. Şadam ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, bizim strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. Fəal dialoqumuz, şəxsi görüşlər, telefon danışıqları, məktubların mübadiləsi əsasında yaranan qarşılıqlı hörmət və etimad ikitərəfli münasibətlərin dərinləşməsində misilsiz rol oynayır”.

Zəngin ikitərəfli müqavilə-hüquqi baza...

Prezident İlham Əliyev qarşıdakı dövrdə Çinə səfərinə də toxunub. Bildirib ki, “əminliklə deyə bilərəm ki, ÇXR-ə bütün əvvəlki səfərlər zəngin proqrama malik idi və qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-Çin çoxtərəfli əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması ilə müşayiət olunurdu. İnanıram ki, qarşıdakı səfər də Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcək”.

Vurğulandığı kimi, qarşılıqlı səfərlər və həmin səfərlər çərçivəsində daha da zənginləşən ikitərəfli münasibətlər göz oxşamaqdadır. Dövlət başçısının bundan öncəki səfərlərinə baxdıqda mühüm sənədlərin imzalanmasının şahidi oluruq. 2015-ci ilin dekabrında dövlət başçısının Çinə rəsmi dövlət səfəri çərçivəsində 10 sənəd imzalanıb. İki dövlətin başçıları arasında imzalanan ən əsas sənədlərdən biri isə ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”  sayılır. Aprelin 22-dən başlayan dövlət səfəri çərçivəsində isə iki dövlət başçısı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalayıb. Eyni zamanda, səfər çərçivəsində 20 sənəd, o cümlədən energetika sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb.

S.İSMAYILZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri