“İKT də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 16 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə “İKT-də Qadınlar” layihəsi çərçivəsində təşkil olunan “Rəqəmsal Sahibkarlıq” müsabiqəsi elan edilir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi qadınların rəqəmsal bacarıqlarını və İKT sahəsində iştirakını təşviq etmək, onların sosial təsir yaradan ideyalarını dəstəkləməkdir.
İştirak şərtləri aşağıdakılardır:
▪ “Rəqəmsal sahibkarlıq” mövzusunda ideya təqdim olunmalıdır.
▪ Layihə cəmiyyətə real tətbiq edilə biləcək, sosial təsirli və unikal olmalıdır.
▪ İştirakçılar mayın 30-na qədər qeydiyyat formasına PPT təqdimatı, layihənin qısa təsviri və bir dəqiqəlik videoçıxışı əlavə etməlidirlər.
▪ Final günü ideyalar 5 dəqiqəlik çıxışla münsiflər heyətinə təqdim olunacaq.
Qalibləri xüsusi mükafatlar gözləyir!
Qeydiyyat linki: https://forms.gle/i3gSf6Eb3Fb88jFH9
Bu təşəbbüs Qadınlar üçün rəqəmsal imkanların genişləndirilməsi istiqamətində yenilikçi baxışları və sosial təsiri olan layihələri ön plana çıxaracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 16 May 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















