İKZF Xəlil Göyüşovdan 152 milyon manatlıq yaşayış sahəsi alır
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satış sahələrinin satın alıması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Körpü-Bina-Tikinti" MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 152 298 846 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Körpü-Bina-Tikinti" MMC 17 sentyabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 300 000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
"Körpü-Bina-Tikinti" MMC iş adamı Xəlil Göyüşovun şirkəti kimi tanınır. Xaliq Göyüşov onun qardaşıdır.
Xəlil Göyüşovun şirkətin ilk qanuni təmsilçisi olması bu iddianın əsassız olmadığına dair şübhələri artırır.
2024-cü ilin oktyabr ayında Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üçün 2 nəfər dünyasını dəyişmişdi. Həmin vaxt mediada gedən məlumatlarda qeyd edilirdi ki, sözügedən tunel 2019-cu ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə "Körpü Bina Tikinti" MMC tərəfindən tikilib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 Fevral 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















