Icma.az
close
up
RU
İlanın ağına da, qarasına da lənət: Zəhərli ilanı necə tanıyaq və nə edək?

İlanın ağına da, qarasına da lənət: Zəhərli ilanı necə tanıyaq və nə edək?

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər havaların daha isti keçməsi ilə ilan sancmaları da artıb. İstirahət mövsümü olduğundan insanların rayonlara, dağlıq bölgələrə getmələri bu halların da çoxalmasına gətirib çıxarır.

Bəs, hansı ilanlar zəhərlidir? İlan gördükdə necə davranmaq lazımdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən zooloq Samir Məmmədovun sözlərinə görə, Azərbaycanda ümumilikdə 28 növ ilan mövcuddur ki, onlardan yalnız altısı zəhərlidir. Həmin altı növ arasında insanlar üçün ən təhlükəlisi gürzədir. Müsahibimiz bildirib ki, qalan növlər insan həyatı üçün təhlükə yaratmır:

“Gürzə belə nadir hallarda insana hücum edir. Adətən bu, yalnız ilan özünü təhdid altında hiss etdikdə baş verir. Məsələn, insan bilmədən onun üstünə ayaq basdıqda və ya yaxın məsafədə onu narahat etdikdə gürzə müdafiə məqsədilə dişləyə bilər. Lakin uzaqdan baxıldıqda və ilanla kontakt qurulmadıqda, o heç vaxt hücum etmir”.

S.Məmmədov qeyd edib ki, insanlar ilanı gördükdə qışqırmaq, üstünə nəsə atmaq, telefonla çəkməyə çalışmaq və ya ona toxunmaq kimi davranışlardan uzaq durmalıdırlar. Zooloq nəzərə çatdırıb ki, sadəcə sakit durmaq kifayətdir və bu zaman ilan özü oradan uzaqlaşacaq.

Həmsöhbətimiz bildirib ki, ilanlar insanlardan qorxurlar və təhlükəni hiss edirlər. İnsan bədənindəki istilik, onların diqqətini çəksə də, yalnız yaxınlaşma və ya təzyiq hiss etdikdə müdafiəyə keçirlər.

Zooloq vurğulayır ki, bəzən insanlar su ilanlarını tutub əllərində saxlayır, sonra yenidən suya buraxırlar ki, bu yolverilməz davranışdır. Dediyinə görə, su ilanları zəhərli olmasa da, onların dişlərində çox sayda mikrob və bakteriyalar olur. Onlara toxunmaq infeksiyalara yol aça bilər.

Müsahibimiz nəzərə çatdırıb ki, ilanlar soyuqqanlı canlılardır və istiyə meyillidirlər. Ona görə də insan bədəninə yaxınlaşmaları təbiidir:

“Əgər ilan sancarsa, insan panikaya düşmədən ilk olaraq həmin nahiyəni hərəkətsiz saxlamağa çalışmalı, mümkün olduqda ip və ya parça ilə qan dövranını yavaşlatmalıdır. Zəhəri çıxarmağa cəhd göstərmək olmaz, bu, əlavə fəsadlar yarada bilər. Təcili şəkildə xəstəxanaya çatdırılmalı və toksikoloq tərəfindən müayinə edilməlidir”.

İlan sancmaları zamanı vaksin və zərdabın mövcudluğunu bildirən zooloq söyləyib ki, vaxtında müdaxilə edildikdə ciddi təhlükə yaranmır:

“İnsanlar arasında ilanlara qarşı yanlış stereotiplər mövcuddur, halbuki əslində onların əksəriyyəti heç bir təhlükə yaratmır. Sadəcə onların yaşayış mühitinə hörmətlə yanaşmaq, yaxınlaşmamaq və müdaxilə etməmək kifayətdir”.

Həmsöhbətimiz ilanların çoxunun kolluq sahələrdə, qayalıqlarda, köhnə evlərin zirzəmilərində, dağlıq və yarımsəhra ərazilərdə, bağ evlərində olduğunu qeyd edib. Onu da nəzərə çatdırıb ki, dənizkənarı yerlərdə və yaş ərazilərdə rast gəlinmə ehtimalı azdır. Qışda isə onlar yuxu vəziyyətində olurlar və aktiv olmurlar.

“İnsanlar ilanların özlərini qorumaq üçün əvvəlcədən səs çıxardığını da unutmamalıdır. Məsələn, gürzə təhlükə hiss etdikdə öz səsini çıxararaq xəbərdarlıq edir. Bu da onun “mənə yaxınlaşma” demək tərzidir. İlanlara qarşı sadəcə məsafə saxlamaqla, onları narahat etməməklə və maariflənmə ilə insanlar onlarla təhlükəsiz şəkildə birgə yaşaya bilər”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyul 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri