İlham Əliyev BƏƏ liderinə zəng etdi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
“Qafqazinfo” xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.
Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.
Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 30 May 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















