Icma.az
close
up
RU
İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə 29cu Konfransın çıxışında əsas məqamlara toxundu DEPUTAT

İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə 29cu Konfransın çıxışında əsas məqamlara toxundu DEPUTAT

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə 29-cu Konfransın çıxışında əsas məqamlara toxundu" - DEPUTAT

"İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə 29-cu Konfransın çıxışında bir neçə əsas məqamlara toxunmuşdur. Azərbaycanın beynəlxalq arenada fəal rolunu və müxtəlif ölkələr arasında körpü rolunu oynadığını vurğuladı".

Bunu Sonxeber.az-a danışan deputat Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədə çox mühüm beynəlxalq əlaqələr qurduğunu, həmçinin regional və qlobal məsələlərdə güclü bir təsir gücünə sahib olduğunu qeyd etdi:

"O, Azərbaycanın coğrafi mövqeyindən, həmçinin beynəlxalq layihələrdəki fəallığından bəhs etdi və bildirdi ki, 80 ölkədən olan dövlət və hökümət başçılarının iştirakı ilə keçirilən konfransda Qarabağ münaqişəsinin tarixinə toxunmamaq mümkün deyildir. Cənab Prezident, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsini və bunun nəticəsində ölkənin suverenliyini tam bərpa etdiyini vurğuladı. O, Azərbaycanın Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özünün icra etməsi və 30 il ərzində işğal altındakı ərazilərini azad etməsi ilə öz suverenliyini bərpa etdiyini bildirdi.
Prezident, Azərbaycanın bərpa olunan enerji sahəsindəki potensialını qeyd etdi və ölkənin gələcək enerji strategiyasını açıqladı. Azərbaycan, 2030-cu ilə qədər 6 GB bərpa olunan enerji gücü qurmağı planlaşdırır. Həmçinin, Azərbaycanın Xəzər və Qara dəniz vasitəsilə Avropaya yaşıl enerji ixrac etmək üçün mühüm layihələr həyata keçirdiyini bildirdi. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin yaşıl enerji zonası elan edilməsi, Azərbaycanın yaşıl enerji sahəsindəki ambisiyalarını göstərir".

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə və yaşıl keçidə sadiq olduğunu bildirdi:

"O, ölkəsinin bərpa olunan enerji sahəsindəki planları və layihələrini açıqlayaraq, COP29-un sədri olaraq, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı təşviq etməyə hazır olduqlarını vurğuladı.Eyni zaman Prezident, Azərbaycanın təbii sərvətləri ilə bağlı ədalətsiz ittihamları və təzyiqləri rədd etdi. Yalan məlumatlar və boykot kampaniyasına cavab olaraq, bu addımların heç bir təsir yaratmadığını və Azərbaycanın 72 min iştirakçı ilə müvəffəqiyyətlə bu böyük tədbiri həyata keçirdiyini açıqladı. Prezident, 196 ölkədən gələn nümayəndələrin Bakıya toplaşdığını və bütün dünyaya Azərbaycanın açıq və sülhsevər olduğunu bildirdi. Nitqdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayaraq, ölkənin bu tədbirin uğurlu keçirilməsi üçün qlobal əməkdaşlıq qurmağı hədəflədiyini bildirib".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 13 Noyabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see198

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see169

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see166

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see166

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see130

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

“XXI əsr müəllimi Müasir dövrün psixoloji və pedaqoji bacarıqları” layihəsinə başlanılıb

22 Oktyabr 2025 17:56see127

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see122

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri