İlham Əliyev Edqars Rinkeviçsi təbrik etdi
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Latviya münasibətlərinin xoş ənənələri vardır. Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar yaradır.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bu mövzuda digər xəbərlər:İlham Əliyev Trampı təbrik etdi
06 Noyabr 2024 14:37
Baxış sayı:65
Bu xəbər 18 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















