Icma.az
close
up
RU
İlham Əliyev Ərdoğan müttəfiqliyi: Yeddi ayda yeddi görüş

İlham Əliyev Ərdoğan müttəfiqliyi: Yeddi ayda yeddi görüş

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin ötən dövründə Azərbaycanla Türkiyənin müttəfiqlik münasibətləri daha da inkişaf edib. Bu müddətdə iki ölkə rəsmiləri qarışlıqlı səfərlər ediblər, görüşlər keçiriblər, sənədlər imzalayıblar. Sözsüz, bu əlaqələrdə Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlər, müzakirələr, əldə olunan razılıqlar, verilən tapşırıqlar müstəsna əhəmiyyət daşıyır.

News24.az bildirir ki, Teleqraf-ın xəbərinə görə, 2025-ci ilin 7 ayında Azərbaycan və Türkiyə liderləri 7 dəfə görüşüblər.

Prezident İlham Əliyev bu il 3 dəfə qardaş ölkəyə səfər edib.

R.T.Ərdoğan isə iki dəfə Azərbaycana gəlib və bu səfərlərin ikisi də işğaldan azad edilmiş ərazilərə - Laçın rayonu və Xankəndi şəhərinə olub.

Liderlərin il ərzində keçirdiyi görüşlərin xronikası:

5-6 mart - Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankarada rəsmi səfərdə olub. Dövlət başçıları səfər çərçivəsində görüşüblər. Eyni zamanda, İqdır-Naxçıvan qaz kəmərinin videoformatda açılış mərasiminə qatılıblar.

11 aprel - Prezident İlham Əliyev Antalya Diplomatiya Forumunda iştirak üçün Türkiyəyə işgüzar səfər edib. İki ölkə lideri forum çərçivəsində görüşüb.

16 may - Türkiyə və Azərbaycan prezidentlərinin növbəti görüşü Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada keçirilən sammiti çərçivəsində olub.

21 may - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən zirvəsi çərçivəsində görüşüblər.

28 may - Ərdoğan Azərbaycana gəlib. O, Laçın şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak edib, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli sammitinə qatılıb və Beynəlxalq Hava Limanının açılışında iştirak edib. Tədbirlər çərçivəsində dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın növbəti görüşü baş tutub.

19 iyun - Prezident İlham Əliyev 2023-cü ilin fevralında zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə inşa olunan “Azərbaycan” məhəlləsi yaşayış kompleksinin açılışında iştirak etmək üçün Kahramanmaraşa səfər edib. Kahramanmaraşda prezidentlərin görüşü keçirilib, ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

4 iyul - Azərbaycan və Türkiyə dövlət başçıları Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17‑ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər.

Telefon danışıqları

Yanvarın 8-də Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib.

Martın 29-da Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

İyunun 14-də Ərdoğan Prezident İlham Əliyevə zəng edib.

Məktublar

21 mart - Ərdoğan Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

29 mart - Türkiyə Prezidenti Ramazan bayramı münasibətilə Azərbaycan liderinə təbrik məktubu ünvanlayıb.

26 may - Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri