Qonşunu öldürən ər arvada ağır cəza verildi
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bakının Qaradağ rayonunda qonşularının qətlində ittiham olunan 1995-ci il təvəllüdlü Elşən Müzəffərov, onun arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova və sonuncunun qardaşı Qasım Xankişiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Axar.az Teleqraf-a istiandla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.
Vəkili Gülnar Müzəffərovanın barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Bildirib ki, Gülnar Müzəffərova bu qətl hadisəsibdə iştirak etməyib, nə Elşən, nə də Qasım iştirakı təsdiq edən ifadə verib.
Digər təqsirləndirilən Elşən Müzəffərovun vəkili müvəkkili barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Qasım Xankişiyevin vəkili də müvəkkilinin günahsız olduğunu deyib, onun Qarabağ müharibəsində iştirak etməsinin, azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Gülnar Müzəffərov özünü təqsirli bilməyib. Bildirib ki, bu qətldən xəbəri olmayıb, üç azyaşlı uşağı var. Qeyd edib ki, qətlə yetirilən şəxs evinə girib, ona təcavüz edib.
Elşən Müzəffərov da vəkili ilə razı olduğunu bildirib. Digər təqsirləndirilən Qasım Xankişiyev deyib ki, bacısının bu işdə günahı yoxdur, əksinə bu işdə zərərçəkmişdir.
Daha sonra hakimlər hökm elan ediblər. Hökmə əsasən, Elşən Müzəffərov və Qasım Xankişiyevin hər birinin 16 il 6 ay, Gülnar Müzəffərova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəlki iclasda prokuror Elşən Müzəffərov və Qasım Xankişiyevin hər birinin 18 il, Gülnar Müzəffərovanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb.
Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb.
Məlum olub ki, Qasım Xankişiyev və Elşən Müzəffərov Rusiyada olub. Rusiyadan qayıdan Xankişiyev və Müzəffərov Gülnarən qətlə yetirilən Səxavət İsmayılov ilə əlaqədə olmasını biliblər. Qadın yaxınları tərəfindən döyülüb, bundan sonra qadın qonşusu ilə əlaqəsinin olmasını etiraf edib. Əvvəlcə qadına şiddət göstərilib və daha sonra Səxavət İsmayılov qətlə yetirilib. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 Oktyabr 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















