Icma.az
close
up
RU
İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-1-ci maddəsində, 4.3-2-ci maddəsinin ikinci cümləsində, 4.3-3-cü maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.3-2-ci və 4.3-3-cü maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4.3-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi nəzərdə tutulur;

1.4. həmin Qanunun 4.3-3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.

2. “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi yaradılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş orqana (quruma) dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. aşağıdakı normativ hüquqi aktları bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.2.1. “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin əsasnaməsini;

3.2.2. “e-bildiriş”in tərtibi, tətbiqi və uçotu qaydalarını, o cümlədən “e-bildiriş”in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin formasını;

3.2.3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.3-3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin Nazirliyin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını;

3.3. “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, iki ay müddətində Hökumət Ödəniş Portalının “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminə inteqrasiya edilməsi ilə bağlı zəruri tədbirlər görsün.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 767 (Cild I); 2024, № 7, maddə 788) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndə “1.2-ci,” sözlərindən sonra “4.3-1-ci maddələrində, 4.3-2-ci maddəsinin ikinci cümləsində, 4.3-3-cü maddəsinin birinci və ikinci cümlələrində,” sözləri əlavə edilsin;

5.2. 2.2-1-ci bəndə “Qanunun” sözündən sonra “4.3-2-ci və 4.3-3-cü maddələrinin ikinci cümlələrində,” sözləri əlavə edilsin;

5.3. aşağıdakı məzmunda 2.3-2-ci və 2.3-3-cü bəndlər əlavə edilsin:

“2.3-2. həmin Qanunun 4.3-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi nəzərdə tutulur;

2.3-3. həmin Qanunun 4.3-3-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;”.

6. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 167 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1013 (Cild I) 2.1-ci bəndində “, 9.1-ci” sözləri “maddələrində, 9.1-ci maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 379 (Cild I); 2024, № 6 (I kitab), maddə 662) ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”yə aşağıdakı məzmunda 9.2-1-ci, 9.8-1-ci və 9.8-2-ci bəndlər əlavə edilsin:

“9.2-1. Sənaye parkının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;

“9.8-1. İdarəedici təşkilat sənaye parkının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 (iki) iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

9.8-2. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra sənaye parkının qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə verilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən sənaye parkının qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndərilir.”.

8. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 481 (Cild I) ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 8-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 8.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Texnoparkın qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;

8.2. 8.12-ci bəndin birinci cümləsindən “edərək, texnoparkın qeydiyyat şəhadətnaməsini ərizəçiyə təqdim” sözləri çıxarılsın;

8.3. aşağıdakı məzmunda 8.12-1-ci və 8.12-2-ci bəndlər əlavə edilsin:

“8.12-1. İdarəedici təşkilat texnoparkın qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə iki iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən beş iş günü müddətində texnoparkın qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

8.12-2. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra texnoparkın qeydiyyat şəhadətnaməsi iki iş günündən gec olmayaraq ərizəçiyə verilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən texnoparkın qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat iki iş günü müddətində ərizəçiyə göndərilir.”.

9. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1505 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1370 (Cild I) ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”yə aşağıdakı məzmunda 8.2-1-ci, 8.8-1-ci və 8.8-2-ci bəndlər əlavə edilsin:

“8.2-1. Aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.”;

“8.8-1. İdarəedici təşkilat aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 (iki) iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formada məlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 (beş) iş günü müddətində aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedici təşkilata təqdim edilir.

8.8-2. Ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edildikdən sonra aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə verilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindən aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədə məlumat 2 (iki) iş günü müddətində ərizəçiyə göndərilir.”.

10. Bu Fərmanın 11-ci hissəsi nəzərə alınmaqla, bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

11. Bu Fərmanın 5-ci hissəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının ödənilməsinə münasibətdə bu Fərmanın 3.2.3-cü yarımbəndində nəzərdə tutulan qayda ilə eyni gündə, digər dövlət rüsumlarının ödənilməsinə münasibətdə isə 2025-ci il iyunun 1-dən qüvvəyə minir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see374

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see346

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see345

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see310

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see307

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see295

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see239

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see218

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see217

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see209

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see208

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see203

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see203

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see202

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see191

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see191

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see187

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see182

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri