Icma.az
close
up
RU
İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Icma.az, Axar.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğvi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 451 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844 (Cild I) ilə təsdiq edilmiş “Tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5-ci hissənin birinci cümləsində “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq qiymətləndirilərək qiymətləndirmə aktı tərtib edilir” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirilir” sözləri ilə əvəz edilsin;

1.2. 6-cı hissənin ikinci cümləsindən “və özəlləşdirmə qiymətləri dəqiqləşdirilir” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 606 (Cild I); 2024, № 4, maddə 393, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 23; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 fevral tarixli 344 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3-cü bənddə “Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin;

2.2. 5.4-cü bənd üzrə:

2.2.1. birinci abzasın ikinci cümləsindən “işləyib” sözü çıxarılsın;

2.2.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

“müəssisənin əmlakının inventarlaşdırılması haqqında akt və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qiymətləndirici tərəfindən hazırlanmış qiymətləndirmənin nəticələri haqqında hesabat;”;

2.2.3. yeddinci abzasdan “və qiymətləndirilməsi” sözləri çıxarılsın;

2.3. 6.10-cu bəndin birinci abzasından “və qiymətləndirilməsi” sözləri çıxarılsın;

2.4. 7.4.1-ci yarımbəndin birinci abzasının birinci cümləsinə “yenidən” sözündən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin.

3. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 844 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 fevral tarixli 344 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 7-ci hissəsində “qüvvədə olan qanunvericiliyə müvafiq” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun” sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 6-cı hissəsində “qüvvədə olan qanunvericiliyə müvafiq” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun” sözləri ilə əvəz edilsin;

3.3. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisələrinin müflis elan olunma yolu ilə özəlləşdirilməsi Qaydaları”nın 3.4-cü bəndində “qüvvədə olan qanunvericiliyə müvafiq” sözləri “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun” sözləri ilə əvəz edilsin.

4. “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26) 5-ci hissəsi ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 9, maddə 998) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3.1.13-cü yarımbənddən “müstəqil” sözü çıxarılsın;

5.2. 4-cü hissə üzrə:

5.2.1. 4.7-ci bəndin ikinci cümləsində “qiymətləndirmə aktını” sözləri “qiymətləndirmənin nəticələri haqqında hesabatı” sözləri ilə əvəz edilsin;

5.2.2. 4.8-ci bəndin birinci cümləsində “Qiymətləndirmə aktı” sözləri “Qiymətləndirmənin nəticələri haqqında hesabat” sözləri ilə əvəz edilsin;

5.3. 7.1.4-cü yarımbənddə “qiymətləndirmə aktının” sözləri “qiymətləndirmənin nəticələri haqqında hesabatın” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024, № 3, maddə 263, № 10, maddə 1124) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 5.4.6-cı yarımbəndində “və qiymətləndiricilərlə” sözləri “, qiymətləndiricilər və ya qiymətləndirici təşkilatlarla” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 897 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 6 fevral tarixli 321 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 3.0.2-ci yarımbənddən “müstəqil” sözü çıxarılsın;

7.2. 5.4-cü bənddə “qiymətləndirmə aktı” sözləri “qiymətləndirmənin nəticələri haqqında hesabat” sözləri ilə əvəz edilsin;

7.3. 8.1.2-ci yarımbənddən “müstəqil” sözü çıxarılsın.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 9, maddə 998) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.1.3-cü yarımbəndə “qiymətləndirici” sözündən sonra “(qiymətləndirici təşkilat)” sözləri əlavə edilsin;

8.2. 6.1.3-cü yarımbəndə “qiymətləndiricinin” sözündən sonra “(qiymətləndirici təşkilatın)” sözləri əlavə edilsin;

8.3. 8-ci hissə üzrə:

8.3.1. 8.6-cı bəndin birinci abzasına “Qiymətləndiricilər” sözündən sonra “(qiymətləndirici təşkilatlar)” sözləri əlavə edilsin;

8.3.2. 8.6.1-ci yarımbənddə “qiymətləndirmə aktlarını” sözləri “qiymətləndirilməsinin nəticələri haqqında hesabatı” sözləri ilə əvəz edilsin;

8.4. “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnaməyə Əlavə”nin adına “qiymətləndiricilərin” sözündən sonra “(qiymətləndirici təşkilatların)” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 542 (Cild I); 2024, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 665, № 7, maddə 806, № 8, maddə 938; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli və 11 mart tarixli 349 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.47-ci yarımbəndindən “qiymətləndirilməsini və” sözləri çıxarılsın.

10. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 774 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 577 (Cild I) ləğv edilsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri