Icma.az
close
up
RU
İlham Əliyev: liderlik, diplomatiya və regional tarazlıq

İlham Əliyev: liderlik, diplomatiya və regional tarazlıq

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 9-da Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü regional güc balansında yeni mərhələnin rəmzi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev Tacikistan paytaxtına MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün səfər etmişdi, lakin səfərin əsas məğzi məhz ikitərəfli formatda aparılan bu strateji dialoqda cəmləndi.

Bəs bu görüş diplomatik protokolun tərkib hissəsi idi, yoxsa region diplomatiyasında yeni güc kodlarının formalaşmasının siyasi manifesti?

Prezident İlham Əliyevin Düşənbədə nümayiş etdirdiyi davranış tərzi Azərbaycan diplomatiyasının hansı fəlsəfəsini əks etdirirdi: dəyişməz prinsipiallığı, yoxsa çevik praqmatizmı? Rusiya ilə münasibətlərdə bu balanslı xətt hansı strateji mesajları ehtiva edir?

Ən əsası — bu görüş Azərbaycanın çoxvektorlu siyasətində yeni bir mərhələnin başlanğıcını simvolizə edir? Bu sualların cavabı Düşənbə görüşünün həm siyasi, həm də simvolik dərinliyində gizlənir. Hazırda həmin görüşün strateji mənasını, liderlik amilinin rolunu, “prinsipial praqmatizm” modelinin mahiyyətini və regiondakı yeni diplomatik reallıqları mərhələli şəkildə açmağa çalışmışıq.

Görüşün baş verdiyi məqam da onun simvolikasını dərinləşdirir: qlobal sistemdə mərkəzlərin sürətlə çoxaldığı, regional güc qütblərinin yenidən formalaşdığı bir dövrdə Azərbaycan dövlət başçısının Rusiya ilə dialoqunu balans və bərabərlik üzərində qurması, əslində, çoxvektorlu siyasətin strateji sabitlik fəlsəfəsini nümayiş etdirdi.

Düşənbə görüşünün strateji mənası və simvolikası, ilk növbədə, liderlik amilində cəmlənir. İlham Əliyevin bu görüşdə nümayiş etdirdiyi davranış tərzi dövlət siyasətinin fərdi iradə ilə necə vəhdət təşkil etdiyini bir daha göstərdi. Burada liderlik yalnız protokol jestləri və diplomatik ritorika ilə məhdudlaşmır, əksinə, siyasi qərarların məntiqi ardıcıllığında, tonun seçilməsində və danışıqların ab-havasında təcəssüm tapır. İlham Əliyevin tərzi – sakit, lakin sərt məntiq üzərində qurulan praqmatizm onu region diplomatiyasında istiqamətverici liderə çevirib.

Bu görüş, əslində, dövlət siyasətində şəxsiyyət amilinin nə qədər mühüm olduğunu nümayiş etdirdi. İlham Əliyevin qərarvermə prosesi emosiyadan deyil, hesablamadan doğur, lakin bu hesablamanın içində milli iradənin birmənalı qətiyyəti var. O, diplomatiyanı bir alqı-satqı prosesindən çox, siyasi suverenliyin qorunma məkanına çevirir. Məhz bu yanaşma Azərbaycanı danışıqlarda səsi sabit, arqumenti əsaslı, mövqeyi dəyişməz edir. Dövlət başçısının siyasi kimliyi artıq bütöv diplomatik sistemin xarakteridir.

Düşənbə görüşünün “zəfər” kimi dəyərləndirilməsi də strateji mahiyyət daşıyır. Müasir siyasətdə qələbə onun təqdimolunma üsuludur. Daxildə “zəfər” anlayışı xalqın iradəsinə, milli birliyə və dövlətin sabitlik obrazına enerji verir. Xaricdə isə bu, Azərbaycanın regionda prosesləri istiqamətləndirən ölkə olduğunu göstərir.

“Zəfər” burada hərbi və ya ritorik qələbə deyil, simvolik üstünlük deməkdir. Diplomatiyada bu anlayış tərəfdaşların etimadını qazanmaq, rəqiblərin taktikasını neytrallaşdırmaq, regional müzakirələrdə mövqeyini gücləndirmək üçün işlədilir. İlham Əliyevin Düşənbədəki mövqeyi də məhz bu məna qatını daşıyırdı – təmkinlə hesablanmış prinsipial ton. Onun ritorikasında ambisiya yox, əminlik, emosional reaksiya yox, məqsədyönlü ardıcıllıq var idi. Bunlar Azərbaycan diplomatiyasının yeni mərhələsini, qətiyyətlə idarə olunan praqmatizmi təcəssüm etdirir.

Düşənbədə baş verən hadisə dövlətin xarici siyasət fəlsəfəsinin davamlılığının nümayişidir. Burada diplomatik zəfər siyasi iradənin ardıcıllığı ilə ölçülür. Prezident İlham Əliyevin davranışında bu ardıcıllıq aydın görünürdü: o, nə jestlərlə, nə populist bəyanatlarla, nə də qarşıdurma ritorikası ilə danışırdı; onun dili məntiqin, arqumentin və hesablama qabiliyyətinin dilidir. Məhz bu səbəbdən Düşənbə görüşü həm də liderin siyasi üslubunun növbəti manifestinə çevrildi. Sakit tonun içində qətiyyət, praqmatik baxışın içində prinsipiallıq, diplomatik dialoqun içində milli gücün ifadəsi.

Azərbaycanın xarici siyasət tərzində artıq uzun müddətdir ki, bir-birini tamamlayan iki xətt aydın görünür: prinsipiallıq və praqmatizm. Düşənbə görüşü bu iki elementin ən zərif tarazlıqda necə işlədiyini bir daha nümayiş etdirdi. İlham Əliyevin diplomatik davranışında prinsipiallıq sistemli dövlətçilik düşüncəsidir. O, kompromisin sərhədlərini milli maraqlarla müəyyənləşdirir və bu sərhədi keçmədən dialoqu davam etdirmək bacarığını nümayiş etdirir. Elə bu amil də siyasi estetika baxımından həm güc, həm də balansın ifadəsidir: güzəşt deyil, nəzakətli israr.

İlham Əliyev üçün prinsipiallıq emosional reaksiya və ya ritorik sərtlik deyil, dövlətin suverenliyinin ölçü alətidir. O, müzakirələrin hər mərhələsində bu aləti aydın şəkildə göstərir: nəyi dəyişmək, nəyi qorumaq, nəyi tamamilə istisna etmək lazım olduğunu müəyyən edir. Düşənbədə də bu xətt açıq idi: Azərbaycan beynəlxalq platformalarda artıq “maraqlarını diktə edən” tərəfdir. Rəsmi Bakının diktəsi isə nə ultimatum, nə də təzyiqdir; sadəcə, məntiqli ardıcıllıqla qurulmuş siyasi arqumentdir. Belə bir prinsipiallıq modeli danışıqlarda Azərbaycanın etibarlılığını artırır, çünki tərəfdaşlar bilir ki, Bakı üçün söz və mövqe arasında fərq yoxdur.

Bununla yanaşı, Prezident İlham Əliyevin siyasətində bəzən “sakit praqmatizm” adlandırılan bir məqam da özünəməxsus gücə malikdir. Azərbaycanın diplomatiyası mürəkkəb strateji məqsədləri real və əldə edilə bilən gündəmlə təqdim edir. Düşənbə platformasında da bu aydın hiss olunurdu: mürəkkəb regional məsələlər iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi kimi praktik mövzularla çərçivələnir. Həmin yanaşma həm gərginliyi azaldır, həm də ölkənin diplomatik mövqeyini konstruktiv və etibarlı tərəfdaş kimi göstərir.

Praqmatizm burada məqsədin dəqiqləşdirilməsidir. İlham Əliyev çox yaxşı anlayır ki, beynəlxalq münasibətlərdə qalıcı nəticə yalnız reallıqla hesablaşan siyasətdən doğur. O, Azərbaycanın maraqlarını maksimalist ritorika ilə yox, mərhələli və real planlarla təmin edir. Bunlar həm diplomatik çeviklik, həm də siyasi uzaqgörənlik tələb edir. Düşənbədəki görüş bu modelin növbəti nümayişi idi: prinsipial mövqedən geri çəkilmədən qarşılıqlı fayda imkanlarını genişləndirmək, sərt xətti rasional məntiqlə birləşdirmək, dialoqu nə zəiflik, nə də təslimiyyət kimi göstərməmək.

Nəticədə, İlham Əliyevin siyasət tərzi – “prinsipial praqmatizm” – Azərbaycanın beynəlxalq imicini balanslaşdırılmış, məsuliyyətli və öz gücünə arxalanan dövlət kimi möhkəmləndirir. Prezidentin bu yanaşması həm qarşı tərəflə işləməyi asanlaşdırır, həm də ölkənin mövqeyini sabit saxlayır. Diplomatiyada bu cür tarazlıq nadir hallarda alınır: çoxları prinsipiallığı sərtliklə, praqmatizmi isə güzəştə getməklə qarışdırır. İlham Əliyevin fərqi ondadır ki, o, bu iki bir-birini gücləndirən amili mexanizm kimi tətbiq edir. Düşənbə görüşü məhz bu siyasi fəlsəfənin canlı təzahürü idi: milli maraqların dəyişməzliyində sabitlik, beynəlxalq dialoqda isə çevik rasionalizm.

Düşənbə görüşünün regional və qlobal nəticələri Azərbaycanın xarici siyasət xəttində yeni bir mərhələnin başlanğıcı kimi görünür. Bakı artıq müxtəlif güc mərkəzləri arasında hesablı manevr bacarığına malik balans aktor kimi çıxış edir.

Rusiya ilə münasibətlər baxımından Düşənbə görüşü “nə Moskva orbitində, nə də ondan kənarda” siyasətin davamı idi. İlham Əliyevin bu görüşdə sərgilədiyi mövqe Rusiya ilə münasibətləri nə gərginlik xəttinə gətirdi, nə də asılılıq formulu ilə məhdudlaşdırdı. Əksinə, bu münasibətlərdə tarazlaşdırılmış qarşılıqlı asılılıq modeli aydın hiss olunurdu. Azərbaycan üçün Rusiya regional təhlükəsizlik və nəqliyyat məsələlərində mühüm dövlətdir, lakin Bakı artıq bu əlaqəni qarşılıqlı fayda əsasında qurur. Moskva üçün də Azərbaycanla sabit əlaqələr strateji əhəmiyyət daşıyır, çünki Bakı regionda həm enerji tranziti, həm də diplomatik etimad baxımından körpü funksiyasına malikdir. Düşənbədə bu reallıq qarşılıqlı şəkildə təsdiqləndi: tərəflər bir-birini tamamlayan, lakin fərqli maraqlara malik partnyorlar kimi davranırdılar.

Sonda qeyd edək ki, Düşənbə görüşü Azərbaycanın çoxvektorlu diplomatiyasının canlı laboratoriyasına çevrildi. İlham Əliyev regional siyasətdə öz yolunu müəyyənləşdirir. Bu yol prinsipiallıqla praqmatizmin, milli maraqla beynəlxalq realistliyin kəsişdiyi məkandır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 08:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri