Icma.az
close
up
RU
İlham Əliyev Monqolustan Prezidenti ilə görüşdü FOTO Yenilənib

İlham Əliyev Monqolustan Prezidenti ilə görüşdü FOTO Yenilənib

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğuladı.

Dövlətimizin başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.

Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlətimizin başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə etdi.

Monqolustan Prezidenti dedi ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.

Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırdı.

Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırladı.

Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət etdi.

Monqolustan Prezidenti dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını dedi. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğuladı. O, ölkələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxundu.

Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğuladı.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verildi. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparıldı.

Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri