İlham Əliyev Qırğızıstana səfər edəcək
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana səfər edəcək.
BAKU.WS xəbər verir ki, bunu Qırğızıstan Nazirlər Kabinetinin Sədri Adılbek Kasımaliyev başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Adılbek Kasımaliyev bildirib ki, Qırğızıstan Azərbaycanla qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə böyük dəyər verir:
"Biz Sizin Qırğızıstana gözlənilən tarixi dövlət səfərinizə böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, bugünkü görüşümüz ölkələrimizin TDT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini təsdiq edir. Əminəm ki, ticarət, nəqliyyat və logistika sahələrində olan layihələr bundan sonra da dövlətlərimizin dayanıqlı inkişafına xidmət edəcək. Həqiqətən də bizim ölkələrimizin qarşılıqlı maraq doğuran bütün sahələrdə yaxşı imkanları var".
Baxış sayı:151
Bu xəbər 02 Aprel 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















