Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İlham Əliyev TDT çərçivəsində ölkəmizin strateji rolunu bir daha təsdiqlədi ŞƏRH EDİLDİ

İlham Əliyev TDT çərçivəsində ölkəmizin strateji rolunu bir daha təsdiqlədi ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev TDT çərçivəsində ölkəmizin strateji rolunu bir daha təsdiqlədi.
Bakıda baş tutan növbəti yüksək səviyyəli tədbir Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilində tutduğu xüsusi mövqeyi bir daha gözlər önünə sərdi. Prezident İlham Əliyevin bu münasibətlə söylədiyi fikirlər təkcə protokol xarakterli çıxış deyil, ölkəmizin regional və beynəlxalq arenada gedən proseslərə necə töhfə verdiyinin əyani sübutu idi.

Bu sözləri SİA-ya deputat Naqif Həmzəyev deyib.

O sözlərinə belə davam edib: “Diqqətəlayiq faktdır ki, qısa müddət ərzində Bakı iki mühüm tədbirə ev sahibliyi edib. Əvvəlcə TDT üzv dövlətlərinin dini liderləri, indi isə Təhlükəsizlik Şuralarının katibləri paytaxtımızda toplaşıb. Prezidentin vurğuladığı kimi, bu, təsadüf deyil. Azərbaycanın türk dünyası ilə münasibətlərinin nə qədər sistemli, çoxşaxəli və dərin olduğunun göstəricisidir. Ölkəmiz artıq sadəcə iştirakçı deyil, həm dini-mənəvi, həm də təhlükəsizlik məsələlərinin müzakirə olunduğu etibarlı məkana çevrilib.

Dövlətimizin başçısı bir daha xatırlatdı ki, TDT-ni dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevirmək strateji hədəfdir. 2009-cu ildə Naxçıvanda qoyulan təməldən bu günə qədər keçən yol uğurlu inteqrasiya nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə Şuşada başlanan qeyri-rəsmi Zirvə görüşləri ənənəsi də bunun bariz nümunəsidir. Prezidentin sözləri ilə desək: "Dövlət başçılarının ildə yalnız bir dəfə görüşməsi kifayət hesab edilmir" — bu yanaşma türk dövlətləri arasında əlaqələrin formal çərçivədən çıxıb daha canlı, operativ əməkdaşlığa çevrilməsinə xidmət edir.

Çıxışın xüsusi əhəmiyyət kəsb edən hissəsi Azərbaycanın enerji və nəqliyyat sahəsindəki rolu ilə bağlıdır. Ölkəmiz Mərkəzi Asiya dövlətlərini Xəzər dənizi vasitəsilə dünya bazarları ilə birləşdirən əsas tranzit qapısı kimi çıxış edir. Avropa ilə Asiyanın qovşağında yerləşən bu unikal coğrafi mövqe təkcə Azərbaycana deyil, bütün TDT məkanına fayda gətirir. Prezidentin dediyi kimi, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən danışmaq mümkün deyil. Bu baxımdan Azərbaycanın simasında türk dünyası özünün ən etibarlı körpüsünü tapıb.

Çoxtərəfli formatla yanaşı, Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzaladığı müttəfiqlik sazişləri və yaradılmış birgə investisiya fondları ikitərəfli əməkdaşlığın da nə qədər dərinləşdiyini göstərir. Prezidentin "Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur" sözləri sadəcə bir metafora deyil. Bu, onilliklər boyu formalaşan qardaşlıq münasibətlərinin siyasi iradəyə çevrilməsidir.

Xüsusi diqqətə layiq məqam gənclər siyasətinə ayrılan yerdir. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasətinin davam etdirilməsinin vacibliyini önə çəkib. Gənc nəslin vətənpərvərlik və milli dəyərlər ruhunda tərbiyəsi, onların fikirlərinin dinlənilməsi və inkişafı üçün şəraitin yaradılması dövlətin prioritet vəzifələrindən biri kimi qeyd olunub. Eyni zamanda, xaricdən idarə olunan və maliyyələşən qrupların cəmiyyətimizdə heç bir dayağı olmadığı, xalqımızın mütləq əksəriyyətinin milli-mənəvi dəyərlərə sadiq qaldığı vurğulanıb. Bu, Azərbaycan cəmiyyətinin daxili bütövlüyünün və sabitliyinin göstəricisidir.

Prezident xüsusi vurğulayıb ki, Azərbaycanın həm şimal, həm cənub qonşuluğunda münaqişələr davam edir. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan sabitliyini qoruyub saxlaya bilən nadir dövlətlərdən biri kimi çıxış edir. Bununla yanaşı, fiziki təhdidlərlə yanaşı ideoloji təxribatlara, xüsusən uzaq mərkəzlərdən maliyyələşən media strukturlarının fəaliyyətinə qarşı TDT məkanında birgə mübarizənin vacibliyi vurğulanıb. Bu, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının həmrəyliyini və oyanıqlığını tələb edən məsələdir.

Nəticə olaraq, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın türk dünyasında nə qədər fəal, məsuliyyətli və perspektivli mövqe tutduğunu bir daha nümayiş etdirdi. Diplomatiyadan enerji təhlükəsizliyinə, gənclər siyasətindən milli-mənəvi dəyərlərin qorunmasına qədər geniş spektrdə irəli sürülən yanaşma göstərir ki, Azərbaycan təkcə TDT-nin üzvü deyil, onun inkişaf strategiyasının formalaşmasında aparıcı rol oynayan dövlətdir”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Sentyabr 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see290

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see284

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see272

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see267

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see267

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see263

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see259

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see258

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see252

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see236

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see235

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see227

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see226

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see225

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see221

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see220

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri