Icma.az
close
up
RU
TDT çərçivəsində QHT həmrəyliyinin strateji əhəmiyyəti NƏDİR ? ŞƏRH

TDT çərçivəsində QHT həmrəyliyinin strateji əhəmiyyəti NƏDİR ? ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu mühüm ictimai-siyasi və strateji əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir” . Bu sözləri SİA- ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Politoloqun fikirlərinə görə, bu forum, təşkilat çərçivəsində mövcud olan dövlət başçıları arasında qarşılıqlı etimad, mehriban münasibətlər, siyasi tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin vətəndaş cəmiyyəti müstəvisində də möhkəmləndirilməsinə xidmət edir: "Belə bir şəraitdə təkcə rəsmi siyasi münasibətlərin deyil, eyni zamanda sosial, humanitar və intellektual sahələr üzrə əməkdaşlığın genişləndirilməsi zəruri və aktual hesab olunur. QHT-lər və beyin mərkəzləri arasında institusional əməkdaşlığın qurulması Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsində mühüm rol oynayır. Bu baxımdan forumun Bakıda, eləcə də işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında keçirilməsi yalnız rəmzi xarakter daşımır, həm də real siyasi və mənəvi mesaj verir. Bu tədbirlər Türk dövlətləri arasında həmrəyliyin, ortaq tarix və mədəni dəyərlər üzərində qurulan münasibətlərin gücləndirilməsinə töhfə verir və qarşılıqlı etimad mühitini daha da möhkəmləndirir.Forum platforması çərçivəsində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri bir-birini daha yaxından tanımaq, təcrübə mübadiləsi aparmaq və yeni əməkdaşlıq layihələri formalaşdırmaq imkanı əldə edirlər. Bu, uzunmüddətli və məqsədyönlü layihələrin reallaşdırılması üçün davamlı və möhkəm institusional zəmin yaradır. Nəticə etibarilə, QHT-lərarası dialoq Türk dünyasında sosial kapitalın artmasına və inteqrasiya proseslərinin davamlılığına şərait yaradır.Cənab Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətdə səsləndirdiyi mühüm tezislər də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında uzunmüddətli və genişmiqyaslı layihələrin həyata keçirilməsi ilə bağlı çağırışı regionda strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu çağırış gələcək dövrdə konkret təşəbbüslərin və birgə proqramların reallaşdırılmasının əsas ideoloji və siyasi istiqamətini müəyyən edir.Gözlənilir ki, bu layihələrin praktiki icrası Türk dövlətlərinin yalnız siyasi müttəfiqliyini deyil, eyni zamanda iqtisadi, mədəni və humanitar əməkdaşlığını da daha da gücləndirəcəkdir. Bu proses xalqlar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirəcək, dövlətlərarası münasibətlərin təşviqinə, inkişafına və dərinləşməsinə sistemli şəkildə xidmət edəcəkdir.Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən QHT Həmrəylik Forumu həm regional əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi, həm də Türk dünyasında vahid və koordinasiyalı vətəndaş cəmiyyətinin formalaşdırılması baxımından strateji platforma kimi qiymətləndirilməlidir”.

Günay Hacıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri