Icma.az
close
up
RU
İlham Əliyev və Putin bu planlara imkan vermədi Arkov

İlham Əliyev və Putin bu planlara imkan vermədi Arkov

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan və Rusiya arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və strateji tərəfdaşlıq prinsipləri əsasında yeni mərhələyə qədəm qoyur. Düşənbə görüşü iki ölkə münasibətlərində yeni etimad mərhələsinin başlanğıcı oldu.

Gununsesi.info xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Rusiyadan olan politoloq Vitali Arkov bildirib.

O deyib ki, iki ölkə arasında yaranmış gərginlik müvəqqəti idi və artıq arxada qalıb:

“Tacikistanın paytaxtı Düşənbədə keçirilən görüş zamanı Rusiyanın və Azərbaycanın dövlət başçıları bunu açıq şəkildə nümayiş etdirdilər. Tərəflər qeyd etdilər ki, 2025-ci ilin ilkin nəticələrinə əsasən, iki ölkə arasında xarici ticarət dövriyyəsi 16 faiz artacaq”.

Politoloqun sözlərinə görə, yaranmış fikir ayrılıqları müəyyən müddət davam etsə də, müəyyən məqsədli qüvvələr istəklərinə nail ola bilməyiblər:

“Bu qüvvələr münasibətlərdəki müvəqqəti çatları dərinləşdirərək uçuruma çevirmək niyyətində idilər. Lakin Rusiyanın və Azərbaycanın liderlərinin müdrikliyi bu məkrli planların həyata keçməsinə imkan vermədi. İlkin mərhələdə qarşılıqlı iradlar və emosional reaksiyalar müəyyən gərginlik yaratsa da, sonrakı dövrdə hər iki tərəf münasibətlərin normallaşdırılması üçün siyasi iradə nümayiş etdirdi. Bu proses asan olmadı, çünki tərəflərdən heç biri öz prinsipial mövqeyində güzəştə getmiş kimi görünmək istəmirdi. Lakin Düşənbədə keçirilən danışıqların nəticələri göstərdi ki, Rusiya və Azərbaycan bir-birini dinləyə və anlaya bildilər, bir sıra həssas məsələlər üzrə qarşılıqlı anlaşma əldə olundu”.

Rusiyalı politoloq deyib ki, dövlət başçılarının görüşündən sonra iki ölkə ictimaiyyətinə ünvanlanan birmənalı və müsbət siqnallar münasibətlərin sabitləşməsinə xidmət edir:

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu mesajlar hər iki ölkə cəmiyyətində müsbət qarşılandı. Eyni zamanda, liderlərdən gələn siqnallar məsul dövlət qurumlarının əməkdaşları tərəfindən düzgün qiymətləndirildi. Biz artıq bunun bariz nümunəsini bir sıra rezonans doğuran cinayət işləri üzrə əsas fiqurlara münasibətdə qətimkan tədbirinin dəyişdirilməsi barədə məlumatlarda müşahidə edirik”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:2177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Oktyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri