İlham Əliyevə sual: Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz?
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Türkiyəli jurnalist, bloger və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə sual ünvanlayıb.
Axar.az xəbər verir ki, blogerin "əgər dünyanın prezidenti olsaydınız, iqlim dəyişikliyi ilə bağlı nəyi dəyişərdiniz?" – sualına Azərbaycan Prezidenti belə cavab verib:
"İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını və dünyanı qorumaq üçün əlindən gələni etməsini tövsiyə edərdim".
Sonda jurnalist planetin gələcəyi ilə bağlı fikirlərini bölüşdüyü və müsahibəyə vaxt ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.
Qeyd edək ki, H.İxtiyar COP31 çərçivəsində digər ölkə liderlərindən, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskidən də müsahibə alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 14 Noyabr 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















