İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirakı Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirilməsindən irəli gəlir RƏY
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Mayın 16-də Albaniyada “Avropa Siyasi Birliyi”nin sammiti keçirildi. “Avropa Siyasi Birliyi” (EPC) təşəbbüsü qitə boyunca sabitliyi möhkəmləndirməyə, siyasi dialoqu dərinləşdirməyə və əməkdaşlığı genişləndirməyə xidmət etməkdir. Bu platforma fərqli maraqlara və geosiyasi mövqelərə malik dövlətlərin bir araya gələrək ümumi problemləri müzakirə edilməsi üçün ən yaxşı imkandır. Xüsusilə, Avropa İttifaqına üzv olmayan ölkələrin də prosesə cəlb edilmələri təşəbbüsün demokratikliyinə və bəşəriliyinə inam artırır. Elə bu xarakterinə görə də Azərbaycan "Avropa Siyasi Birliyi" formatında aparılan müzakirələrdə mühüm aktor olaraq iştirak edir. Ölkəmiz bu təşkilatın tərkibində öz strateji mövqeyi, zəngin enerji resursları və sabit siyasi iradəsi ilə Avropanın enerji təhlükəsizliyində, regional əməkdaşlıqda və münaqişələrin tənzimlənməsində aparıcı rol oynayır".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Azərbaycanın bu qurumda təmsil olunması dövlətimiz üçün mühüm diplomatik naliyyətlər qazandırdı: "2022-ci ilin oktyabrında Praqada keçirilmiş ilk "Avropa Siyasi Birliyi" Zirvə toplantısında iştirak edən cənab Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyi nəticəsində beynəlxalq aləm bir daha gördü ki, Azərbaycan Qarabağ məsələsində heç bir kompromisə yer qoymayan, ədalətə söykənən mövqe ortaya qoyur. Görüşün yekununda qəbul edilən Bəyanat isə regional münasibətlərdə dönüş nöqtəsi oldu. Bu sənəddə Azərbaycan və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı. Beynəlxalq hüququn əsası sayılan BMT Nizamnaməsinin istinad mənbəyi kimi göstərilməsi isə qərarın hüquqi baxımdan nə qədər mühüm olduğunu sübut etdirdi. Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında iştirakı dövlətimizin beynəlxalq arenada vacib və etibarlı tərəfdaş olması ilə yanaşı, ölkəmizin, xüsusilə, Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirilməsindən irəli gəlir. Göründüyü kimi, həm iqtisadi, həm də siyasi müstəvidə Azərbaycan kimi etibarlı tərəfdaşın "Avropa Siyasi Birliyi"ndə iştirak etməsi, enerji təhlükəsizliyində etibarlı əməkdaşlıq imici, regional təhlükəsizliyin başlıca aktoru olması, Cənubi Qafqazın lideri Azərbaycanın əldə etdiyi və bundan sonra da əldə edəcəyi uğurları göstərir".
Aytəkin Qardaşova


