Icma.az
close
up
RU
“İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında davranışları ilə lider qıtlığı yaşayan dünyada əsl liderin necə olmasını nümayiş etdirdi” RƏY

“İlham Əliyev “Avropa Siyasi Birliyi”nin toplantısında davranışları ilə lider qıtlığı yaşayan dünyada əsl liderin necə olmasını nümayiş etdirdi” RƏY

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

““Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında Azərbaycan Prezidenti mübaliğəsiz olaraq ən arzuedilən qonaq idi. Prezident İlham Əliyev Zirvə toplantısında öz davranışları ilə bu gün lider qıtlığı yaşayan Avropada və dünyada əsl liderin necə olmasını nümayiş etdirdi. Şübhəsiz ki, bu davranış həm də əməli fəaliyyətə əsaslanır. Hazırda çox mürəkkəb nüanslardan keçən dünyanın onu xilas edəcək liderlərə ehtiyacı var. Ancaq bu liderlərin də dünyada qəbul olunmuş dəyərlər, beynəlxalq hüquq əsasında qətiyyətli, cəsarətli addımlar atmaq bacarıqları lazımdır. Hər kəslə açıq dialoq aparıb prinsipial mövqe nümayiş etdirmək, dəyişməz, ardıcıl mövqe nümayiş etdirmək vacibdir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Şübhəsiz ki, Avropa Siyasi Birliyi ilə Azərbaycanın əlaqələri çox yüksək səviyyədə qurulub. Ancaq Avropa İttifaqı Azərbaycanla münasibətdə çox böyük yanlışlara yol verdi. Bu, Ermənistan-Azərbaycan müharibəsindən sonra Azərbaycanın beynəlxalq hüquqa əsaslanan, öz ərazi bütövlüyünü tanımaqda avropalıların lazımi addımlar atmamaları ilə əlaqədar idi. Onlar işğalçı bir dövlətin yanında duraraq onu dəstəklədilər, Ermənistana “monitorinq” missiyası göndərdilər, Avropa Şurasında Azərbaycana qarşı təzyiqlər etdilər, Fransanın başını çəkdiyi radikal Aİ üzvləri Ermənistanı silahlandırmağa başladılar və s. Ötən müddətdən sonra aydın oldu ki, Azərbaycanın mövqeyini qəbul etmək lazımdır. Çünki o, Avropa dəyərlərinə, beynəlxalq hüquqa uyğun addım atıb. Azərbaycan əməli fəaliyyətində əslində Avropanın hər mənada təhlükəsizliyinə - həm enerji təhlükəsizliyi, həm iqtisadi maraqları, həm də gələcək perspektivləri baxımından təhlükəsizliyinə böyük töhfələr verə bilən ölkədir. Buna görə də   “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı Avropa İttifaqının Azərbaycana münasibətdə öz mövqeyini müsbət mənada dəyişməsi ilə yadda qaldı. Çünki Avropa İttifaqı Şurasının Prezidenti və Aİ Komissiyasının Prezidenti ilə Azərbaycan Prezidenti görüşdü. Bu görüşlərin hər birində Azərbaycan Prezidentinə ünvanlanan həsədli, qibtəedici baxışları gördük. Yəni Avropanın təxribatçı addımlar atmasına baxmayaraq Azərbaycan Prezidenti böyük siyasi yetkinliklə o addımlara cavab verdi. Heç vaxt Aİ ilə münasibətlərin pozulması üçün fürsətlər yaratmadı. Bu isə Aİ tərəfindən dərk edilməkdədir. Xüsusilə, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidentinə yaxınlaşaraq onunla səmimi davranması bu kontekstdə ən bariz nümunə idi. Çünki Azərbaycana qarşı ən radikal mövqedən çıxış edən Avropa ölkəsi məhz Fransa idi. Şübhəsiz ki, bu, Azərbaycan Prezidentinin haqlı mövqeyinin elə Fransa tərəfindən də qəbul edilməsi idi. Qürurverici hadisədir ki, Prezident İlham Əliyev milli dövlətimizi ən yüksək səviyyədə yenidən təqdim etməklə Azərbaycanın nə qədər böyük potensiala malik ölkə olduğunu nümayiş etdirdi. Bu, hər birimizdə böyük qürur hissi yaratdı” - deputat bildirib.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 17 May 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

01 İyul 2025 21:57see227

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see183

Qazma platformasında FACİƏ: Ölənlər var

02 İyul 2025 04:51see169

Rus bölməsində təhsil ödənişli olmalıdır Tanınmış teleaparıcı

02 İyul 2025 02:34see154

“Daxili işlərimizə qarışmayın” Azərbaycan da nota verdi

01 İyul 2025 20:10see149

“Rusiya ikinci cəbhədə Cənubi Qafqazda savaşa risk etməz”

02 İyul 2025 10:18see131

Voronejin ən böyük bazarının azərbaycanlı ortağı Yusif Xəlilov saxlanılıb

01 İyul 2025 21:47see128

Universiadada 62 ölkədən cüdoçular çıxış edəcək

01 İyul 2025 17:41see127

47 yaşılı ulduz bikinili fotoları ilə heyran etdi Foto

01 İyul 2025 13:29see125

Sentyabrda sürücülük vəsiqələri iki dəfə bahalaşacaq...

01 İyul 2025 22:26see124

Beynəlxalq olimpiadada 5 medal

02 İyul 2025 10:35see122

Rusiya şovinizmi seçdi: “miqrant ovu” vəhşiliyinin səbəbi nədir?

01 İyul 2025 12:58see120

ABŞ İsraillə anlaşdı

02 İyul 2025 04:17see118

İndi belə çıxır ki,.. Lepsə yox, Lepsin puluna..?

02 İyul 2025 01:16see117

Xəbərdarlıq edildi: Hindistan problemlə üzləşəcək Rusiya S 400 lərinə görə

01 İyul 2025 14:11see116

Qarabağ daha bir legionerlə yollarını ayıra bilər

02 İyul 2025 10:33see116

Hüseyn Səfərovun meyitinin xarici müayinəsi zamanı çox sayda travma aşkarlanıb

01 İyul 2025 11:47see113

Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi

02 İyul 2025 10:31see113

Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

02 İyul 2025 01:45see113

Kitab lazımsız düşüncələrin axınını dayandırmağa və daha tez yuxuya getməyə kömək edir Video

02 İyul 2025 00:12see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri