Icma.az
close
up
RU
İlham Əliyevin diplomatik zəfərləri: Bakının praqmatik davranışlarının nəticəsi Kaspi nin TƏHLİLİ

İlham Əliyevin diplomatik zəfərləri: Bakının praqmatik davranışlarının nəticəsi Kaspi nin TƏHLİLİ

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əvvəlki dövrlərdə ikitərəfli münasibətlərdə müəyyən gərginliklər yaşadığımız bir çox dövlətlərlə qarşılıqlı əlaqələrin normallaşdırıldığını müşahidə etməkdəyik. Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, normallaşma prosesi ilə bağlı Prezident İlham Əliyevlə görüşmək təşəbbüsü məhz qarşı tərəflərdən gəlib.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə diplomatik-siyasi müstəvidə mühüm nailiyyətlər əldə etməkdədir. Əvvəlki dövrlərdə ikitərəfli münasibətlərdə müəyyən gərginliklər yaşadığımız bir çox dövlətlərlə qarşılıqlı əlaqələrin yaxşılaşmasını müşahidə etməkdəyik. Xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, normallaşma prosesi ilə bağlı Prezident İlham Əliyevlə görüşmək istəyi məhz qarşı tərəflərin istəkləri ilə reallaşıb. Bu siyahıya biz Fransa, İran, Rusiya, Avropa İttifaqı, ABŞ və digərlərini əlavə edə bilərik.

Qeyd edək ki, Vətən müharibəsindəki tarixi qələbəmizin beşinci ili yaxınlaşır. 44 günlük müharibə və bir günlük anti-terror əməliyyatları ilə hərb meydanında 30 illik işğal və separatizm faktına son qoyan Azərbaycan postmünaqişə dövründə diplomatik və siyasi sahədə də ciddi sınaqlarla üz-üzə qaldı. Beş il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərb meydanındakı dəmir iradəsi keçən müddət ərzində diplomatik müstəvidə də öz sözünü deməyi bacardı. Tarixi qələbənin yaratdığı reallığı qəbul etmək istəməyən bir sıra dövlətlər artıq rəsmi Bakının praqmatik siyasəti ilə razılaşır. Ölkəmizin milli və suveren maraqlarını nəzərə alırlar. Ortaya qoyulan sülh təşəbbüsləri, iqtisadi inteqrasiya planlarına ciddi dəstək verirlər.

Kopenhagendə Makron-Əliyev görüşünün nəticələri

Bunun məntiqi nəticəsini biz Prezident İlham Əliyevin də xüsusi olaraq dəvət edildiyi Kopenhagen Zirvəsi və Yaxın Şərq Sülh Sammiti, eləcə də Düşənbədə MDB dövlət başçılarının Zirvə görüşündə müşahidə etdik. Kopenhagen sammitində Fransa Prezidenti Emmanuel Makronla Prezident İlham Əliyev arasında keçirilən görüş Bakı və Paris arasında mühüm müzakirələrin aparılması və münasibətlərin normallaşdırılması istiqamətində qərarların qəbulu ilə yadda qaldı. Dövlət başçıları arasındakı münasibətlərdə müşahidə edilən müsbət auranın Yaxın Şərq Sülh Sammitində də şahidi olduq.

Parislə münasibətlərdə yeni səhifə

İki ölkə arasında münasibətlərdə anlaşılmazlığa səbəb olan məsələlərin artıq geridə qaldığını Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən də bildirib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Xatırladaq ki, hazırda Fransa və Azərbaycan arasında müxtəlif istiqamətlərdə, xüsusilə də yüksək texnologiyalar və aerokosmik sahələrdə əməkdaşlıqda uğurlu inkişaf müşahidə edilir. Hökumətlərarası Komissiyanın fəaliyyəti də bərpa olunub. Bundan əlavə, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili də gündəmdədir.

İran və Rusiya ilə normallaşan münasibətlər

Düşənbə sammitində Rusiya Prezidenti Vladimir Putinlə azərbaycanlı həmkarı İlham Əliyev arasında reallaşan danışıqlar da iki ölkə münasibətlərində yeni başlanğıc kimi qəbul edilir. Moskva ilə müşahidə olunan gərginliklər də öz yerini yenidən bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinə verib.

İsrail-İran müharibəsi və ondan əvvəl Tehranla münasibətlərdəki soyuqluq da keçmişdə qalıb. Prezident İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla səmimi münasibətləri Tehran-Bakı əlaqələrinin də ruhuna təsir göstərməkdədir. İstər Rusiya, istərsə də İranla dövlətlərarası əlaqələrdə praqmatik yanaşma özünü mühüm üçtərəfli genişmiqyaslı layihələrin reallaşmasında da büruzə verir. Bakıda bu günlərdə təşkil olunan İran-Rusiya-Azərbaycan üçtərəfli görüşü mühüm qərarların qəbulu və icrasının tezləşdirilməsi ilə yadda qaldı.

Trampın "Siz güclü lidersiniz" dəyərləndirməsi

Bakı-Vaşinqton münasibətlərinin yenidən bir üst səviyyəyə qaldırılması isə rəsmi Bakının usta diplomatik gedişlərinin və böyük dövlətlərlə əməkdaşlıqda zəngin təcrübənin zirvəsi sayıla bilər. Ağ Ev rəhbəri Donald Trampın Prezident İlham Əliyevə xüsusi rəğbəti bu əlaqələri daha davamlı və strateji mahiyyət kəsb edən amil etməkdədir. Dünyanın ən güclü dövlətinin rəhbərinin Prezident İlham Əliyev haqqında hər fürsətdə "Siz güclü lidersiniz" dəyərləndirməsi özü-özlüyündə hər şeyi açıq şəkildə ortaya qoyur. Vaşinqtonda əldə edilən tarixi razılaşmalar, Cənubi Qafqaz üçün sülh gündəliyinin təsdiqlənməsi, həmçinin regional tranzit dəhlizlərinin açılması istiqamətində qəbul edilən qərarların hər biri Prezident İlham Əliyevin və Azərbaycan diplomatiyasının mühüm zəfərləridir.

Azərbaycanın beynəlxalq müstəvidəki yeri

Beynəlxalq müstəvidə hər bir dövlətin gücü, imkanları onun böyük dövlətlərlə, regional güclərlə mövcud münasibətlərinin səviyyəsi ilə ölçülür. Xüsusilə də bu münasibətlərdə bərabər səviyyəli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, milli maraqların üstün tutulduğu məqamlara ciddi önəm verilir. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tam müstəqil siyasət yürütməklə dünyanın bütün güc mərkəzləri ilə yuxarıda qeyd edilən əsaslarla əməkdaşlıq modelini yarada bilib. Mövcud siyasi xəttin nəticəsi isə bəllidir: beynəlxalq aləm üçün Azərbaycan tam müstəqil siyasət yürüdən, güclü iqtisadiyyata və orduya malik, regional və beynəlxalq sülhü dəstəkləyən, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşan bir dövlətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri