Icma.az
close
up
RU
Qərb demokratiyasının qara günü Kaspi nin TƏHLİLİ

Qərb demokratiyasının qara günü Kaspi nin TƏHLİLİ

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Le Penin həbsi qaş düzəldən yerdə, gözü çıxarmaqdır. Makronun ideoloji rəqibini neytrallaşdırması daha böyük başağrısına yol açıb: sağ cəbhənin liderinin mübarizədən uzaqlaşdırılması ifrat sağçı namizədin - Jordan Bardellanın reytinqini kəskin şəkildə yüksəldib.

Paris məhkəməsinin Fransanın "Milli birlik" partiyasının lideri Marin Le Peni korrupsiyada suçlayaraq dörd illik həbs cəzasına və beş il ərzində siyasətlə məşğul olma qadağasına məhkum etməsi tək Fransada deyil, ümumiyyətlə, Qərbi Avropada avtoritarizm təzahürlərinin dərin kök atmasının bariz göstəricisidir. Le Pen Fransada hazırkı sistemə rəqib olan ən güclü sima idi və onun növbəti prezident seçkilərinin qalibi olacağı gözlənilirdi. Le Pen Qərbi Avropada tənəzzüldə olan liberal demokratiya ideologiyasına alternativ olan nümayəndələrdən biridir. O, Makronun həm daxili, həm də xarici siyasətini kəskin şəkildə tənqid edir, Rusiya ilə konfrontasiyaya qarşı çıxır.

İttihamçılara görə, M.Le Pen 2009-cu ildən etibarən "saxta müqavilələr" əsasında dövlət vəsaitinin mənimsənilməsi mexanizminin mərkəzi fiqurlarındandır. Özü də bu korrupsiya sxeminin yaradıcısı onun atası, "Milli birlik" partiyasının sabiq lideri Jan-Mari Le Pen olub. Bu yolla ata Le Pen əvvəl sədri olduğu "Milli cəbhə"nin, sonra isə "Milli birliy"in maliyyələşdirilməsi prosesini həyata keçirib. İddianın həqiqətə nə qədər yaxın olub-olmaması məhkəmə mövzusudur, ancaq proses xanım Le Penin dediyi kimi, "demokratiyanın qara günü"dür. Özü də tək Fransa deyil, bütün Avropa üçün...

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Fransada Rumıniya ssenarisi

Xanım Le Penin məhz indi - 2027-ci il seçkiləri ərəfəsində siyasi mübarizədən kənarlaşdırılması Fransanın siyasi palitrasında hakim olan qüvvələrin ona alternativ sayıla biləcək çapda namizədə malik olmaması reallığından irəli gəlir. Makron bu yolla silahdaşlarına özündən sonra siyasi olimpə yüksəlmə yolunu təmizləyir. Onun hazırkı siyasətinin davamı tək özü və mənsub olduğu düşərgənin ehtiyaclarından irəli gəlmir. Bu, Qərbi Avropada kök salmış mövcud sistemin sifarişidir. Avropa İttifaqının aparıcı üzvlərindən olan Fransada tək siyasi hakimiyyətin deyil, siyasi fəlsəfənin dəyişikliyə uğraması qurumun üzərində dayandığı əsas sütunlarından birinin uçması anlamına gəlir. ABŞ ilə iqtisadi gərginlik və Ukrayna müharibəsi fonunda bu, yumşaq desək, arzu edilməyən ssenaridir.

Le Penin siyasətdən uzaqlaşdırılması "qoca qitə"də son dövrdə izlənən ilk və güman ki, son belə hadisə deyil. Bir müddət öncə Brüsselin təzyiqləri nəticəsində Rumıniyada keçirilən prezident seçkisinin nəticələri və birinci turda qalib gəlmiş Kelin Corceskunun qələbəsi ləğv edilib. Bu azmış kimi onun yenidən namizəd olmasına qadağa qoyulub. Corcesku da sağ cəbhəni təmsil edən siyasətçi idi, Aİ konyunkturasının standartlarına cavab vermirdi və onun qurumun şərq cinahının əsas ölkələrindən, Ukraynadakı savaşa ən yaxında olan dövlətlərdən biri kimi Rumıniyanın başına gəlməsi Brüsselin geosiyasi planlarına əngəllər yarada bilərdi. Odur ki, ən asan üsula əl atıldı - Corceskunu Rusiya ilə əməkdaşlıqda suçlayıb siyasi mübarizədən kənarlarşdırmaq yolu seçildi.

Vaşinqtonun demokratiya iradı

Avropada izlənənlər ABŞ-nin tənqidləri fonunda xüsusilə aktual təsir bağışlayır. Xatırlatmaq yerinə düşər ki, son Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Cey Di Vens Avropa dövlətlərini sərt tənqid edərək onları demokratik prinsiplərdən uzaqlaşmaqda suçlamışdı. Vensin bu ittihamlarını Brüsselin Rumıniyada prezident seçkilərinin nəticələrinə kobud müdaxiləsindən sonra səsləndirməsi simvolik məna kəsb edirdi.

Gözlənildiyi kimi, Le Penin ləkələnib siyasətdən kənarlaşdırılması da Vaşinqtondan reaksiyasız ötüşmədi. Məsələyə Prezident Donald Trampın şəxsən münasibət bildirməsi və Le Penin Fransada prezidentliyə aparıcı namizəd olduğunu qeyd etməsi ABŞ ilə Avropa arasındakı fikir ayrılığı, siyasi uçurumun dərinliyi və kəskinliyinin növbəti təzahürüdür.

Öz tələsinə düşən Avropa İttifaqı

Le Penin siyasi rəqabət səhnəsindən uzaqlaşdırılması Qərbi Avropada mövcud siyasi konyunkturanın ona alternativ olan istənilən siyasi hərəkatın ən qaba yolla olsa belə, susdurulmasına hazır olduğunu göstərir. Adətən seçki yolu ilə digər dövlətlərin, xüsusilə də Brüsselin geosiyasi gözləntilərinə cavab verməyən ölkə və xalqların həyatına müdaxilə yolunu tutan Aİ indi özü öz tələsinə düşüb. Ötən il Gürcüstanda keçirilmiş seçki ərəfəsi və sonrasında Tbilisi ilə bütün əlaqələrini dondurmuş, onu sanksiyalarla hədələyən, qanuni hakimiyyəti zorakı yolla devirməyə çalışan Qərbi Avropa indi öz daxilində olan müxalif təzahürləri eyni üsullarla boğmaq və çıxdaş etmək kursunu həyata keçirir.

Azərbaycanı illər boyu "demokratiya və insan hüquqları" bəhanəsi ilə ləkələməyə çalışan, işğalçı Ermənistanı aşkar müdafiə edən Fransada siyasi rəqiblər saxta dəlilərlə mübarizədən çıxdaş edilirlər. Siyasət şəxsi simpatiya və antipatiyanı sevmir. Ola bilməz ki, bir dövlətin ərazi bütövlüyünü kobud şəkildə pozub onun torpaqlarında fəaliyyət göstərən separatçı bölgəyə qanunsuz yollarla ağır çəkili siyasət adamlarını göndərib həm ikitərəfli münasibətləri, həm də beynəlxalq hüququ tapdaq altına salasan, sonra isə öz daxilində demokratik olasan.

Qaş düzəltmək istəyən Makron...

Məhkəmə qərarını şərh edən Le Penin sözlərinə görə, Fransadakı hakim sistem "nüvə bombasının buraxılış düyməsini basıb". Bu o deməkdir ki, Le Penin həbsi sıradan bir hadisə deyil və davamlı siyasi gərginliyin başlanğıcıdır. Çox güman ki, Le Penin anons etdiyi siyasi gərginlik yalnız Fransanın siyasi həyatı ilə məhdudlaşmayacaq. Trampın ABŞ-də hakimiyyətə gəlişi ilə Avropada start verilən mərkəzdənqaçma təzahürləri bütün qitənin siyasi həyatına damğa vuran prosesə çevrilməkdədir. Türkiyə ənənəvi ssenari ilə qaralanır, müstəqil siyasət yürüdən Macarıstan, Serbiya və Slovakiya təhdid edilir, ənənəvi mərkəzçi Avropa məfkurəsinə meydan oxuyan İtaliyaya qısqanclıqla yanaşılır. Təbii ki, bu ayrı-seçkilik özünü Fransa, Almaniya, Niderland kimi dövlətlərin daxili siyasi həyatında göstərməyə bilməz. Almaniyada hakimiyyət dəyişikliyi, Fransada Makronun reytinqinin yerlərdə sürünməsi bunun əyani sübutudur. Le Penin həbsi isə qaş düzəldən yerdə, gözü çıxarmaqdır. Makronun ideoloji rəqibini neytrallaşdırması daha böyük başağrısına yol açıb: sağ cəbhənin liderinin mübarizədən uzaqlaşdırılması ifrat sağçı namizədin - Jordan Bardellanın reytinqini kəskin şəkildə yüksəldib. Əgər bu gün prezident seçkiləri keçirilərsə, fransızların 36 faizi Bardellaya səs verməyə hazırdır. Güman ki, Makronun yarıtmaz fəaliyyəti ilə xaos girdabına yuvarlanmış Fransa seçicilərinin siyasi simpatiyaları zamanla daha konkret görüntü almağa başlayacaq: bu dərəbəylikdən xilası Makron kimi qeyri-ciddi siyasətçi deyil, möhkəm və sərt lider təmin edə bilər. Yelisey sarayında oturanlar öz qazdıqları quyuya düşüblər...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri